“Söz duyğusu... Sənət sevdası... ” kitabı Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində təhsil alan tələbələrin yaradıcılıq toplusudur. Kitabda müxtəlif ədəbi janrda olan şeirlər, hekayələr, esselər, bədii tədqiqat işləri, ssenarilər yer almışdır. Yazıların ümumi ideyasını birləşdirən əsas cəhət gənc istedadların ədəbi mühitə can atmaq, tanınmaq və söz sahibi olmaq həvəsindədir.
Kitabda kinoşünas, ədəbi iş, musiqişünas və teatrşünas ixtisaslı 20 tələbənin 50 işi yer alıb.