Azərbaycan Dövlət İncəsənət Universiteti təhsilin keyfiyyətini artırmaq məqsədilə “EduMan Platforması” əsasında Təhsil İdarəetmə sistemini tətbiq etmək niyyətindədir. Artıq universitet ULTRA şirkəti ilə bu işlərin görülməsi üçün müqavilə imzalayıb.  
Qeyd edilmiş təhsil müəssisəsində ilkin olaraq əsas məqsəd hazır “EduMan – Mərkəzləşdirilmiş Tədris İdarəetmə” Platformasının bir neçə modullarının qurulması, tətbiqi və təlimidir. Bura universitet üzrə təşkilati struktur, tələbə və müəllimlərin şəxsi işlərini əhatə edəcək Vahid Baza Platformasının yaradılması, tədris prosesini özündə əks etdirənFənn kataloqları,tədris planı, tədris cədvəli əhatə edəcək Tədris prosesinin planlaşdırılmasıbütün dekanatlıqdan başlayaraq tətbiq edilməsi daxildir.
 
Nəticədə universitet ilkin olaraq aşağıdaki üstünlükləri əldə edəcək:
 
• Tələbələr, işçi heyəti və müəllimlər üzrə Mərkəzləşdirilmiş bazasının formalaşdırılması və bu məlumatların rahatlıqla axtarıb tapmaqla təhlil etmə üstünlüyü;  
• Tələbələrin operativ və rahat qeydiyyatını həyata keçirməkimkanı;  
• Tədris işinin əsasəndə dərs cədvəllərinin, tədris qrafikinin və s. rahat planlaşdırması imkanı və s. üstünlüklər əldə edəcəklər.  
Gələcəkdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “EduMan Platformasının” digər modullarını-elektron Jurnal, elektron sənəd dövriyyəsi, əlavə təhsil və əcnəbi tələbələrin onlayn sənəd qəbulunun İdarəedilməsi, elektron İmtahan idarəetmə və digər sistemlərinövbəti mərhələdəmərkəzləşdirilmiş formada tətbiqini planlaşdırılır.  
Bununla bağlı Ultra şirkətinin təlimçi əməkdaşı Nigar Manafova Universitetdə çalışan 9 nəfərlik heyətə məlumatların elektronlaşdırılması üçün xüsusi təlimlər keçir. Qeyd edək ki, təlimlər fevral ayının sonuna kimi davam edəcək.