ADMİU ƏDƏBİYYAT DƏRNƏYİNİN YENİ TƏDRİS İLİNDƏ İLK GÖRÜŞÜ KEÇİRİLİB
ADMİU ƏDƏBİYYAT DƏRNƏYİNİN YENİ TƏDRİS İLİNDƏ İLK GÖRÜŞÜ KEÇİRİLİB
19.09.2016
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Ədəbiyyat dərnəyinin yeni tədris ilinin ilk tədbiri baş tutub. Universitetin “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Aqşin Babayev, filologiya elmləri doktoru, professor - Nizaməddin Şəmsizadə, beynəlxalq işlər üzrə prorektor, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva, tərbiyə işləri üzrə prorektor, əməkdar incəsənət xadimi, professor Validə Məmmədova və tələbələrin iştirak etdiyi görüşdə müasir ədəbi proseslər, intellektual fəlsəfi təmayüllər, ədəbiyyat nəzəriyyəsi, müasir ədəbi problemlər haqqında geniş diskussiya aparılmış, Ədəbiyyat dərnəyinin illik planı müzakirə edilmişdir. Tədbirdə dərs prosesinə mane olmamaq üçün dərnəyin görüşlərinin həftənin şənbə günlərində keçirilməsi qərara alınmışdır.