ADMİU-NUN PROFESSORLARI BEYNƏLXALQ TEATR KONQRESİNDƏ
ADMİU-NUN PROFESSORLARI BEYNƏLXALQ TEATR KONQRESİNDƏ
29.09.2016
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorları Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan bölməsinin sədri Məryəm Əlizadə və assosiasiyanın üzvü İsrafil İsrafilov Serbiyanın paytaxtı Belqradda keçirilən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının “Müasir dünya: teatr tənqidçisi sənəti internet dövründə” 28-ci konqresində iştirak edirlər.
Oktyabrın 2-dək davam edəcək beynəlxalq tədbirdə dünyanın 40-dan çox ölkəsindən 100-dən artıq teatr tənqidçilərinin iştirakı nəzərdə tutulub. Konqresin açılışı sentyabrın 26-da Yuqoslaviya Dram Teatrının səhnəsində baş tutub.
Konqres çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş teatrşünasların iştirakı ilə “Yenilik və Qlobal Teatr: Kommersiya və Mədəni tələbat arasında” mövzusunda beynəlxalq simpozium da keçiriləcək.