Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, Sənətşünaslıq doktoru, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Sabirə Dünyamalıyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrə ustad dərsi keçib. Dərs zamanı tələbələrə, onların öz təqdimatı ilə milli geyimlərimiz nümayiş olunub. Sabirə xanım geyimlərin tarixindən və xarakterik xüsusiyyətlərindən ətraflı məlumatı tələbələrə çatdırıb.