Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, YAP Gənclər Birliyinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə “Bu-Ta”-nıtım lahiyəsi keçiriləcək. Bu layihədə Bakı şəhərində gənc rəssamların əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulub. Layihə çərçivəsində təşkil olunacaq sərgidə rəssamalara qönçə, badamabənzər naxış növü olan - Buta qədim ornamentinə marağı artırmaqla, rəssamlara onun haqqında araşdırma aparmaqları təklif olunur. Sərgidə iştirak etmək istəyən şəxslər butanitimart@mail.ru ünvanına istənilən texnikada və ölçüdə bu mövzuya aid olan işlərin keyfiyyətli fotolarını 17.10.2016 tarixinədək göndərmələri xahiş olunur.
Layihə rəhbəri: Orxan Məmmədov
Fb: Orxan M. Buta
Tel.: (+99470) 950 73 53
E-poçt:
butanitimart@mail.ru