ADMİU-DA 18 OKTYABR-DÖVLƏT MÜSTƏQİLLİK GÜNÜ QEYD OLUNUB
ADMİU-DA 18 OKTYABR-DÖVLƏT MÜSTƏQİLLİK GÜNÜ QEYD OLUNUB
18.10.2016
17.10.2016-cı tarixində ADMİU-da Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü qeyd olunub. Tələbə Gənclər Təşkilatının sədrliyi ilə baş tutmuş, tələbələrin və professor-müəllim heyətinin iştirak etdiyi tədbirin açılışında Universitetin prorektoru, professor Gülşən Əliyeva giriş sözü ilə çıxış edərək müstəqillik gününün mühüm tarixi haqqında məlumat verərək ölkəmizin bu müstəqilliyə nail olması uğrunda çoxəsirlik mübarizəsindən danışdı. Daha sonra professor Aqşin Babayev danışaraq, ölkəmizin müstəqillik qazandıqdan sonra elm, idman, mədəniyyət və digər sahələrdə qazandığı uğurlarından söhbət açaraq vurğuladı ki, bu yolda Ümumilli Lider Heydər Əliyevin apardığı siyasi islahatlar Azərbaycanı bütün dünyaya tanıtdı. Onun layiqli davamçısı olan İlham Əliyevin apardığı beynəlxalq siyasətin nəticəsi müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillərin qorunub saxlanılmasına, inkişaf etdirilməsinə, dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına imkan verir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
Daha sonra tələbələrin çıxışları dinlənildi. Xarici tələbələr də bu əlamətdar gün haqqında çıxışlar edərək, ölkəmizdə yaşadıqları və təhsil aldıqları müddətdə tariximiz, mədəni irsimiz, mədəniyyəmiz haqqında geniş məlumatlar əldə etdiklərini və özlərini bizim ölkədə doğma hiss etdiklərini qeyd etdilər.
Tədbir Musiqi sənəti fakültəsinin tələbələrinin ifası ilə sona çatıb.