1945-ci ildə Bakı Teatr Məktəbinin bazası əsasında Teatr İnstitutu təşkil olunduğu dövrdə bu sahədə kafedra yaratmaq mümkün olmadığı üçün Humanitar və sosial-siyasi fənləri digər ali təhsil müəssisələrindən dəvət olunmuş müəllimlər tədris ediblər. 1966-cı ildən müstəqil kafedra kimi fəaliyyət göstərən qurum, struktur dəyişiklikləri ilə əlaqədar müxtəlif illərdə ayrı-ayrı adlarla işini davam etdirib. 1995-ci ildən “Sosial-siyasi elmlər” kafedrası adlanır. Kafedraya 2015-ci ildən Əməkdar müəllim, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Xaləddin Sofiyev rəhbərlik edir.