Arif Əzizov,
Əməkdar incəsənət xadimi, professor
Arif Əzizov Möhübalı oğlu 03.01.1943 Bakıda anadan olub.
1966-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1971-ci ildə Qraf Stroqonov adına Moskva Ali Bədii Sənaye İnstitutunun Qrafik dizayn fakültəsini bitirib.
1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1981-ci ildən Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür.
Əsərləri, Moskvada, ABŞ-da, Fransada, Seneqalda İranda özəl kolleksiyalarda saxlanılır. Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.
Fəxri adları, mükafatlar, nailiyyətlər:
1985-ci ildə «Şərəf nişanı» ordeni ilə təltif olunub, 1992-ci ildə professor adını alıb. 1992 - ci ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülüb.
Sərgilər:
1970 - Azərbaycan gəncləri sərgisinin iştirakçısı olub
1970 - Beynəlxalq gənclər sərgisinin iştirakçısı olub - Moskva
1970 - Azərbaycanda Dövlət Gənclər sərgisinin iştirakçısı olub
1972 - Beynəlxalq Gənclər sərgisinin iştirakçısı olub - Moskva
1972 - Teatr rəssamlarına həsr olunmuş sərgi - Moskva
1972 - “Azərbaycan - mənim vətənimdir” mövzusunda Dövlət sərgisi
1973 - Azərbaycan Gənclər İttifaqı, “Dostluq” mövzusuna həsr olunmuş sərgi, ikinci yerlə təltif olunub - Bakı
1973 - “İdman və incəsənət” mövzusuna həsr olunmuş sərgi - Azərbaycan
1973 - Qrafika üzrə Beynəlxalq sərgi - birinci yerlə təltif olunub - Litva, Vilnyus
1973 - Azərbaycan Rəssamlar İttifaqında sərgi - diplomla təltif olunub
1976 - BAM-a (Baykal-Amur magistralına) yaradıcılıq ezamiyyətinə göndərilib
1977 - BAM-76-Bakı sərgisi
1977 - SSRİ Rəssamlar İttifaqının köməkliyi ilə BAM-76 mövzusuna həsr olunmuş sərgi - Moskva
1978 - BAM-a həsr olunmuş işlərə görə Gənclərin Ümumiittifaq Lenin Kommunist İttifaqının mükafatı və diplomu ilə təltif olunub
1978 - Beynəlxalq sərgi, birinci yerlə təltif olunub - Belarus, Moskva
1981 - Şri-Lankada, Kolomboda fərdi sərgi
1981 - Altı ay ərzində Mədrəsdə, Akrada, Bombeydə və Dehlidə (Hindistan) fəal işləmiş və sərgilər açmışdır
1983 - Dakkarda (Seneqal) “Azərbaycan günləri” mövzusunda keçirilən sərginin iştirakçısı
1984 - Seneqal səfirliyinin köməkliyi ilə Moskvada keçirilən fərdi sərgi
1985 - Zaqafqaziya Respublikalarının Byennalesi, ikinci yerlə təltif olunub
1985 - Azərbaycan Respublikasının 40 qəhrəmanı (dövlət sifarişi) - albom
1986 - Moskvada Seneqal səfiri Valininin dəvəti ilə Dakkarda fərdi sərgi
1987 - Gənclər qalereyasında fərdi sərgi - Moskva
1989 - Xəzəryanı ölkələrin Beynəlxalq Byennalesi - birinci dərəcəli mükafatla təltif olunub
1993 - Almaniyada - Boxumda fərdi sərgi
1993 - İranda, Təbrizdə və Tehranda fərdi sərgi - bələdiyyə tərəfidən diplom
1996-1997 - “Beyoglu municipal art gallery” fərdi sərgisi - İstanbul, Türkiyə
1997 - Beynəlxalq rəssamlıq sərgisinə dəvətnamə - İstanbul, Türkiyə
1998 - Fransada keçirilən “Fransada Azərbaycan günləri” mövzusunda həmmüəllif sərgisi
1999 - Finlyandiyada “Finlyandiyada Azərbaycan günləri” mövzusunda həmmüəllif sərgisi
2000 - Spartaya və Ankaraya “Türk dünyası” mövzusunda keçirilən Beynəlxalq simpoziuma dəvət
2000 - Amerikada, Vaşinqtonda keçirilən “Azərbaycan günləri” mövzusunda müəllif sərgisi
2002 - Asiyada - Banqladeşdə keçirilən Beynəlxalq Byennalesinə dəvət
2003 - Rəssamın 60-illiyi münasibətilə 40-ilik fəaliyyəti ilə əlaqədar fərdi sərgisi - Bakı
2004 - Türkiyədə - Ankarada keçirilən beynəlxalq sərgidə iştirak
2006 - Xoş Məramlı Səfir seçilib
2008 - “Azərbaycanda Türkiyə günləri” sərgisinin iştirakçısı
2009 - Türkiyədə - İstanbulda keçirilən sərginin iştirakçısı
2010 - Antaliyada IV Beynəlxalq incəsənət festivalının iştirakçısı
2011 - Moskvada keçirilən Dünya Rəssamları Akademiyası üzvlərinin Beynəlxalq sərgisi
Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekorativ-tətbiqi sənət kafedrasının müdiri, professoru vəzifəsini tutur.
Muzeylər
Rəssamın işləri respublikanın incəsənət muzeylərində, xarici muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır: Moskvanın Şərq sənətlər muzeyində, Seneqalın müasir sənətlər muzeyində, İranda Təbriz Şəhriyar muzeyində, eləcə də Azərbaycanda, ABŞ-da, Macarıstanda, Şri-Lankada, İranda, Türkiyədə, Hindistanda, Almaniyada, Finlandiyada və s.