Tədris işləri üzrə prorektor:
VALİDƏ MƏMMƏDOVA, Əməkdar İncəsənət xadimi, professor
Məmmədova Validə İmran qızı 1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.
Təhsili: 1967-ci ildə Bakının 172 saylı orta məktəbi, 1972-ci ildə V.İ. Lenin ad. APİ-nin (indi ADPU) Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib.
1973-cü ildə M.Lomonosov ad. MDU-nun “ Psixologiya” fakültəsində ixtisasartırma keçib.
1981-1984-cü illərdə istehsalatdan ayrılmaqla AR Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutunun aspirantı;
Əmək fəaliyyəti: 1974-76-cı illərdə Xalq Təsərrüfatı işçilərinin ali ixtisasartırma kurslarında Peşə etikası və psixologiya fənni üzrə müəllim;
1975-cı ildən bu günə qədər pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə bağlıdır.
1991-1994-cü illərdə müəllimliklə yanaşı eyni zamanda əvəzçiliklə Universitetin Elmi Şurasının katibi vəzifəsində çalışıb.
2001-2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “ Humanitar və ictimai fənlər ” kafedrasının müdiri;
2010-2015-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Tədris işləri üzrə prorektor;
2015-ci ildən ADMİU-da Tədris işləri üzrə prorektor;
1988-ci ildən filologiya elmləri namizədi, 1990-cı ildən dosent, 2010-cu ildən professordur.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə “Əməkdar İncəsənət xadimi” fəxri adına layiq görülüb.
İctimai fəaliyyəti: 1994- 2015-cı illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Azərbaycan dili və ədəbiyyatı üzrə ekspert,seminar rəhbəri
2005- ci ildən Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının üzvü;
2008-ci ildən Milli Elmlər Akademiyasının İncəsənət və memarlıq üzrə Koordinasiya Şurasının üzvü.
2015-ci ildən Təhsil Nazirliyinin ali təhsil pilləsinin səviyyələri üçün Dövlətstandartı və təhsil proqramları hazırlayan işçi qrupun üzvü;
Mədəniyyət və incəsənət ixtisasları üzrə işçi qrupun sədri;
2015-ci ildən AAK-ın eksperti;
Bir monoqrafiya , ali məktəb tələbələri üçün “Müasir rus ədəbiyyatı”, “Rus mühacirət ədəbiyyatı” dərsliklərinin müəllifi, “Mədəniyyət tarixi və nəzəriyyəsi” dərsliyinin (I və II cild) hər iki cildinin həmmüəllifidir.
Ailəlidir. Bir övladı var.
Elm və yaradıcılıq işləri üzrə prorektor:
MƏRYƏM ƏLİZADƏ, filologiya üzrə elmlər doktoru, professor
1950-ci il 14 apreldə Bakı şəhərində anadan olmuşdur.
1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) “Teatrşünaslıq” fakültəsinə qəbul olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə ilə bitirmişdir.
1991-ci ildə filologiya elmləri namizədi, 2005-ci ildə sənətşünaslıq doktoru elmi dərəcəsinə, 1998-ci ildə dosent, 2009-ci ildə professor elmi adına layiq görülüb.
1972-1975-ci illərdə Azərbaycan SSR EA-nın Memarlıq və İncəsənət İnstitutunun teatr və kino şöbəsində baş laborant vəzifəsində çalışıb.
1976-1978-ci illərdə N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunda müəllim işləyib.
1978-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatr tarixi” kafedrasına müəllim qəbul olunub.
1996-2001-ci, 2014-2015-ci illərdə ADMİU-nun “Teatrşünaslıq” kafedrasının müdiri vəzifəsində çalışıb.
1998-ci ildən “Teatrşünaslıq” kafedrasında dosent vəzifəsində çalışıb.
1998-ci ildən “Qızıl Dərviş” mükafatı laureatına layiq görülüb.
2007-ci ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülüb.
2008-ci ildən “Humay” mükafatının laureatıdır.
2010-cu ildən Beynəlxalq teatr tənqidçiləri assosiasiyasının Azərbaycan təmsilçisidir.
2015-ci ildə Azərbaycan Teatr xadimləri ittifaqının “Sənətkar” medalı ilə təltif olunub, C.Cabbarlı mükafatına və Türksoy mükafatına layiq görülüb.
250-yə yaxın elmi məqalələrin, 5 elmi monoqrafiyanın, 10 proqram, 12 metodik işin müəllifidir.
1980-ci ildən beynəlxalq elmi konfrans və simpoziumlarda milli teatrşünaslıq elmini ardıcıl şəkildə təmsil edir. Respublikanın televiziya kanallarında Azərbaycan teatrını, onun tarixini və bu gününü mütəmadi şəkildə təbliğ edir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Sənətşünaslıq” ixtisası üzrə ekspert komissiyasının sədridir.
Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor:
GÜLŞƏN ƏİYEVA, filologiya üzrə elmlər doktoru, professor
Gülşən Teymur qızı Əliyeva 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1986-cı ildə Bakı şəhər 6 saylı orta məktəbi, 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix muzeyində, Nizami adına Azərbaycan ədəbiyyatı muzeyində işləyib.
2000-ci ildə “Çağdaş Azərbaycan poeziyasında Füzuli ənənələri” mövzusunda namizədlik, 2009-cu ildə “Azərbaycan füzulişünaslığının tarixi inkişaf mərhələləri” adlı doktorluq dissertasiyası müdafiə edib.
2005-ci ildən tənqidçi və ədəbiyyatşünas kimi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2003-cü ildə “Füzuli sehri” kitabına görə “Yaddaş” milli mükafatına, “Heydər Əliyev irsinin tədqiq və təbliğinə görə” mükafata 2013-cü ildə “Tərəqqi” medalına, 2014-cü ildə Ədəbiyyatşünaslıq sahəsində xidmətlərinə görə C.Cabbarlı mükafatına layiq görülüb.
2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
G.Əliyeva-Kəngərli 2005-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Ədəbiyyat və Azərbaycan dili” kafedrasının müdiri, 2002-2014 cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev irsinin təbliği” şöbəsinə rəhbərlik edib.
Türkiyədə, İran və Orta Asiyada müxtəlif konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış edib. O, “Çağdaş poeziya və klassik irs” (2000), “Poetika məsələləri” (2002), “Füzuli sehri” (2003), “Azərbaycan füzulişünaslığı” (2007), “Füzuli irsinin əruz kanonları üzrə tədrisi”, “Fizulivedenie: istoriə i teoriə” (2008), “Azərbaycan ədəbiyyatından mühazirə mətnləri” (dərslik 2014) kimi kitab və monoqrafiyaların, İranda, Türkiyədə və Özbəkistanda çap olunmuş kitabların və 200-dən artıq elmi-nəzəri məqalənin müəllifidir. Bu monoqrafiya və məqalələr müasir füzulişünaslığın və nəzəri poetikanın aktual problemlərini əks etdirir. Sufizm mövzulu fundamental tədqiqatların müəlifidir.
Ümumi işlər üzrə prorektor:
TEYMUR XANLAROV
Xanlarov Teymur Vasid oğlu 1974-cü ildə Bakı şəhərində anadan olub.
1995-ci ildə ADNA-nın Neft-mexanika fakültəsini, ikinci təhsil olaraq “Təfəkkür” Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib (1999).
2014-cü il oktyabr ayından ADMİU-nun Ümumi işlər üzrə prorektoru vəzifəsində çalışır.
İnzibati-təsərrüfat işləri üzrə prorektor:
AZƏR CƏFƏROV