Dizayn və dekorativ-tətbiqi sənət kafedrası 1976-cı ildən fəaliyyət göstərir. Kafedra iki ixtisası özündə birləşdirir: Dekorativ tətbiqi sənət və Dizayn. Kafedranın professor-müəllim heyəti tərəfindən müvafiq ixtisaslara uyğun olaraq kadr hazırlığı, tədris olunan bir sıra fənlər üzrə tədris, metodiki və elmi-tədqiqat fəaliyyəti həyata keçirilir. Kafedrada bakalavriat səviyyəsi üzrə dizayn ixtisası interyer dizayn, qrafik dizayn, geyim dizaynı sahələrinə, dekorativ tətbiqi-sənət ixtisası bədii xalça, bədii toxuculuq sahələrinə ayrılır. Magistratura səviyyəsi üzrə Dizayn ixtisası interyer dizayn, qrafik dizayn, geyim dizaynı, sənaye dizaynı sahələrinə, Dekorativ tətbiqi-sənət ixtisası bədii xalça sahəsinə bölünür. Kafedra təşkil olunduğu gündən Xalq rəssamı, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, professor Arif Əzizov müdir vəzifəsində çalışır.