Təsviri sənət kafedrası ADMİU-nun Rəssamlıq fakültəsinin tədris-elmi struktur bölmələrindən biri olub, yüksəkixtisasları üzrə kadr hazırlığını, habelə universitetin digər fakültələrində tədris olunan bir sıra fənlər üzrə tədris, metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir. ADMİU Elmi Şurasının 12 sentyabr 2006-cı il tarixli iclasında qəbul edilmiş
qərara əsasən “Rəsm və rəngkarlıq” adı ilə fəaliyyətə başlayan kafedra 01 oktyabr 2014-cü il tarixindən “Təsviri sənət” adlanır. Kafedra tərəfindən tədris olunan ixtisas və ixtisaslaşmalar aşağıdakılardır: Bakalavriat səviyyəsi üzrə: Təsviri incəsənət müəllimliyi, Qrafika (Kitab tərtibatı və illüstrasiyası; Animasiya və kompüter qrafikası; Dəzgah qrafikası), Rəngkarlıq (Dəzgah rəngkarlığı; Kino və televiziya rəssamı; Teatr dekorasiyası rəngkarlığı). Magistratura səviyyəsi üzrə: Rəngkarlıq ixtisası (Dəzgah rəngkarlığı; Kino və televiziya rəngkarlığı; Teatr-dekorasiya rəngkarlığı, Rəngkarlıq əsərlərinin bərpası və ekspertizası ixtisaslaşmaları), Qrafika ixtisası (Kitab tərtibatı və illüstrasiyası; Animasiya və kompüter qrafikası; Dəzgah qrafikası).
2014-2018-ci illərdə Təsviri sənət kafedrasının müdiri tanınmış xalq rəssamı Xanlar Əhmədov olmuşdur. 2018-2019-cu illərdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Afət Aslanova Təsviri sənət kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2019-cu il 17 dekabr tarixindən Əməkdar rəssam Təsviri sənət kafedrasının müdiri vəzifəsinə Rəşad Cabbarov təyin edilmişdir.