Əhmədov Cavid İlqar oğlu 22 oktyabr 1992-ci ildə Xocalı rayon Kosalar kəndində anadan olub.
2009-cu ildə Bakı şəhəri Nizami rayonu, Məzahir Rüstəmov adına 32 saylı tam orta məktəbi bitirib və həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Aktyor sənəti” fakultəsinin “Dram teatrı və Kino aktyoru” ixtisasına qəbul olub.
2014-cü ildə bakalavr təhsil pilləsini bitirərək, ”Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi” ixtisasının magistratura pilləsinə qəbul olub, hal-hazırda bu ixtisas üzrə təhsil alır.
2012-ci ilin may ayından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışır.
2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.