1962-ci ildə “Dram-kino aktyorluğu” fakültəsinin tərkibində “Musiqili teatr aktyorluğu” şöbəsi açıldı. Həmin şöbəyə daxil olan tələbələr arasında Azərbaycanın görkəmli sənətkarları o, cümlədən Şəfiqə Məmmədova və Yaşar Səfərov da var idi. 29 dekabr 2014-cü il tarixli, 3 saylı Elmi Şura iclasının qərarına əsasən Aktyor sənəti fakültəsində “Vokal” və “Musiqili teatr və Estrada aktyoru” kafedraları birləşdirilməklə “Musiqili teatr aktyoru” kafedrası adlandırıldı. Kafedra müdiri xalq artisti, professor İlham Namiq Kamaldır.
Kafedrada həm bakalavr həm də magistr, üzrə musiqili teatr aktyoru mütəxəssisi yetişdirir. 2015-ci ildən kafedra yeni yaranmış “Teatr sənəti” fakültəsinin tərkibində fəaliyyət göstərir.
Hal-hazırda kafedraya Əməkdar artist, dosent Azad Şükürov rəhbərlik edir.