Avropa təhsil sisteminə inteqrasiya işlərinin davamı olaraq 2022-ci ilin sentyabr ayında Tədris şöbəsinin nəzdində Tələbələrlə iş bölməsi yaradılmışdır. Tələbələrlə iş bölməsi aşağıdakı vəzifələri yerinə yetirir:
Universitetin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin şəxsi işlərində tələb olunan sənədlərin mövcudluğunun təmin edilməsi, qeydiyyata alınması və arxiv şöbəsinə təhvil verilənədək şöbədə saxlanması.
Akademik məzuniyyət, köçürülmə, xaric olunma, soyadı, adı, ata adlarının dəyişdirilməsi əmrlərinin “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sisteminə (TMMS) işlənilməsi.
ADMİU-ya müxtəlif ixtisasa və ADMİU-dan digər ali təhsil müəsisəsinə köçürülən, xaric və bərpa olunan, akademik məzuniyyətdən qayıdan tələbələrin ərizələrinin toplanması, əmrlərinin hazırlanması və ATİS portalında qeydiyyatının aparılması.
Tələbə qəbulu ilə bağlı qeydiyyatın aparılması (bakalavriat və magistratura səviyyələri üzrə)
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən gələn məktublara cavab hazırlanması.
Təhsilalanlarla əlaqədar verilən əmrlərdən çıxarışların onların şəxsi işlərində saxlanılması və əmrdən irəli gələn digər tələblərin icrasının təmin edilməsi.
Fakültələr üzrə imtahandan qeyri-müvəffəq qiymət almış (akademik borc), imtahana buraxılmayan, üzrlü səbəblərdən imtahanlarda iştirak etməyən tələbələrin siyahısının toplanması, tələbələrin digər ali məktəblərdə akademik borcların ödənilməsi üçün məktubların hazırlanması.
Semestrlər üzrə fakültələrdən daxil olan əsas və əlavə təqaüdlərin yoxlanması və əmrinin hazırlanması.
Tədris şöbəsinə daxil olan təqdimat və digər sənədlərin əmrlərinin hazırlanması.
Fakültələr üzrə dərs cədvəllərinin yoxlanılması və xüsusi qrupların dərs cədvəllərinin toplanması.
Hazırda bölməyə Şəlalə Asif qızı Əhmədova rəhbərlik edir.