Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbə-magistr kollektivini özündə birləşdirən dövlət qeydiyyatından keçmiş, universitetdə fəaliyyət göstərən ictimai təşkilatdır.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərkibi 13 komitə üzvündən, 1 müavindən, 5 fakültə Tələbə Həmkarlar İttifaqı sədrlərindən ibarətdir. Hazırda təşkilat özündə 600 nəfərdən çox tələbəni birləşdirir.
Tələbə Həmkarlar İttifaqı Komitəsi universitetdə tələbələri ictimai işlərə cəlb edərək bu istiqamətdə formalaşmasında, tələbələrin sosial problemlərinin həllində, yataqxana ilə təmin olunmalarında, ehtiyacı olanlara maddi yardım göstərilməsində, dərsə davamiyyətin artırılmasında, elmi işlərə cəlb olunmalarında, istedadlı tələbələrin üzə çıxarılmasında, ictimai işlərdə və elmdə fərqlənən həmkarlar aktivlərinin mükafatlandırılmasında, tələbələrin təlim - tərbiyələrinin, asudə vaxtlarının, yay istirahətlərinin təşkili istiqamətində fəaliyyət göstərir.
Hazırda ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə
Cavid Əhmədov sədrlik edir.