ADMİU-da "Azərbaycanda Sosial Xidmətlərin İnkişaf etdirilməsi” layihəsinin kordinatoru avstriyalı eksperti, Azərbaycanda Sosial Xidmət Təminatı Tvinninq layihəsinin müşaviri Herbert Poulişin və Buxarest Universitetinin professoru, Rumıniya Sosial İşçilər Assosiasiyasının direktoru, eyni zamanda sözügedən tvinninq layihəsinin əsas ekspertlərindən biri Ana Radulesko ilə Universitetin Sosial iş ixtisasında təhsil alan I kurs tələbələri ilə görüş keçirilib.
Amerika səfirliyi arasında əməkdaşlığın davamı olaraq, Massaçusets Ştatı, Nortonda Veaton Kollecində “Yunan Sənətkarlığı və Mədəniyyət” üzrə Humanitar Elmlər Bakalavr dərəcəsi almış Amerikalı müəllim Anna Skott İncəsənətin ümumi tarixi mövzusunda interaktiv mühazirə ilə çıxış etmişdir.
Gürcüstan İncəsənət Akademiyasının qrim üzrə mütəxəssisi, bir çox tanınmış beynəlxalq layihələrin qrim ustası olan Anuka Murvanidze ustad dərsi verib. Anuka Murvanidze tələbələrə qrim sənətinin tarixi, kino, teatr, səhnə, şou və televiziya üçün qrim və vizaj, kosmetik vasitələr və onlardan düzgün istifadə haqqında geniş məlumat verib. Məşğələlərdə Universitetin Rəssamlıq fakultəsinin IV kurs tələbələri və eləcə də Rus Dram teatrının, Gənc Tamaşaçılar və Musiqili Komediya teatrının qrim mütəxəssisləri də iştirak ediblər.
Barselona Teatr İnstitutunun teatr nəzəriyyəsi və tarixi üzrə professoru, Hindistanda Kerala Kalamandalam Mədəniyyət və İncəsənət Universitetində elmi tədqiqatlar aparan Boris Daussa-Paster cənubi-Hindistanın ştatı Keralada XVII əsrdə yaranan ənənəvi dramatik-rəqs sənəti Katxakali ilə bağlı ustad dərs verib.
Dərsdə xoreoqrafiya ixtisası üzrə təhsil alan II kurs tələbələri iştirak edib.
Türkiyədə yaşayıb fəaliyyət göstərən pianoçu, Şanlıurfa Harran Universitetinin dosenti Əfqan Salayev Universitetin “İnstrumental ifaçılıq” kafedrasının tələbələrinə ustad dərsi keçib.