Audiovizual Sənətlər Fakültəsinin Dekan Müavini

Şabanova Fatma Nəriman qızı 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Kinoşünaslıq ixtisası üzrə bakalavriat səviyyəsi üzrə təhsil alıb. 2019-2021-ci illərdə Kinoşünaslıq ixtisası, Kino tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə dissertasiya işini müdafiə edərək magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 22 noyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Kino-televiziya sənətləri kafedrasına tam ştat vahidi laborant,  01 noyabr 2024-cü il tarixindən  Audiovizual sənətlər fakültəsində tyutor vəzifəsində çalışmışdır.  Səmərəli fəaliyyətinə görə və 02 fevral – Gənclər Günü münasibətilə 2025-ci ildə Universitet rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub. 02 oktyabr 2026-cı il tarixindən dekan müavini vəzifəsində çalışır.