Rəqəmsal mədəniyyət və onlayn kimlik: Antropoloji yanaşma

Dekabrın 10-u saat 10:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) müəllim Səbinə Namazova tərəfindən bakalavr səviyyəsi üçün elmi seminar keçiriləcək. “Rəqəmsal mədəniyyət və onlayn kimlik: Antropoloji yanaşma” adlı seminarın məqsədiRəqəmsal mədəniyyətin formalaşma mexanizmlərini, onlayn kimliyin sosial konstruksiyasını və onların antropoloji aspektlərini tələbələrə nəzəri və vizual materiallar əsasında izah etməkdir. Tələbələr rəqəmsal platformalarda kimlik təqdimatı, […]

“Rəsm sehrinin altında”…

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə ““Rəsm sehrinin altında” barokkodan bu günə…” adlı sərgi keçiriləcək.Sərgi 2 dekabr 2025-ci il saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaq.

“Şəbi-hicran”

Dekabrın 5-i saat 19:00-da R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin ifasında “Şəbi-hicran” adlı konsert-tamaşa keçiriləcək.Dahi bəstəkar, musiqişünas, pedaqoq Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeyster Əməkdar müəllim Təranə Yusifova, vokalçıları hazırlayan Xalq artisti Gülyaz Məmmədovadır. İfaçıları tarda Səxavət Məmmədov, kamançada […]

“Bəxtiyaram mən”

Dekabrın 24-ü saat 19:00-da R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin iştirakı ilə “Bəxtiyaram mən” adlı konsert keçiriləcək.Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş konsertin bədii rəhbəri Xalq artisti, ADMİU-nun dosenti Teyyub Aslanovdur. Konsertdə ADMİU-nun tələbələrindən ibarət xalq çalğı alətləri ansamblı iştirak edəcək. Musiqi rəhbəri Əməkdar artist […]

ADMİU-da tələbə rifahı sorğusu

ADMİU tələbələrinin akademik, psixoloji və sosial rifahını daha yaxşı anlamaq məqsədilə yeni sorğu başlayıb. Sorğu tam anonim şəkildə aparılır. Araşdırmanın məqsədi tələbələrin tədris mühitindən, sosial və psixoloji dəstək sistemlərindən məmnuniyyətini öyrənmək, mövcud ehtiyacları müəyyənləşdirmək və universitet mühitini daha da inkişaf etdirməkdir. ADMİU olaraq hər bir tələbənin fikrini dəyərli hesab edirik. Sizin geri bildirişiniz universitetdə tədrisin […]

“Sazlı-sözlü Göyçəm” konserti keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsi Aşıq sənəti kafedrasının müəllim və tələbələrinin iştirakı ilə “Sazlı-sözlü Göyçəm” konserti keçiriləcək.Konsert 27 noyabr 2025-ci il saat 19:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutacaq.

SABAH tələbələri səfərə hazırlaşır

27–28 noyabr 2025-ci il tarixlərində SABAH İncəsənət Festivalı çərçivəsində və Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları Aktyor sənəti ixtisasının IV təhsil ili tələbələri Cəfər Cabbarlının “Dönüş” və Vilyam Şekspirin “Yay Gecəsində Yuxu” əsərləri əsasında hazırladıqları tamaşalarını Gəncə və Mingəçevir şəhərlərində təqdim edəcəklər. Festival günlərində tələbələrimizə uğurlar arzulayırıq!

ADMİU-da Ali Rejissorluq kursları açılır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xalq аrtisti, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü, professor Vaqif Mustafayevin yaradıcılıq laboratoriyası fəaliyyət göstərir. Laboratoriyanın nəzdində  müasir dünyagörüşünə, milli və dünya  kinematoqrafiya estetikasını dərindən anlayan yeni nəsil rejissorların yetişdirilməsi məqsədi ilə Ali Rejissorluq Kursları açılır.           Kurslarda  respublikamızın və xarici ölkələrdən dəvət edilmiş […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrası laborant vəzifəsi üzrə vakansiya elan edir

Tələblər: Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə  bilərlər. Müraciət üçün son tarix: 02.12.2025-ci il saat 18:00 Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi fakültəsinin Musiqi tarixi və nəzəriyyəsi kafedrası müvəqqəti laborant vəzifəsi üzrə vakansiya elan edir

Tələblər: Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə  bilərlər. Müraciət üçün son tarix: 02.11.2025-ci il saat 18:00 Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar  pr. 39)

Zəfərin 5 illiyi qeyd ediləcək

14 noyabr 2025-ci il saat 14:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Böyük səhnəsində Zəfərimizin 5 illiyinə həsr olunmuş “Tarixə çevrilən həqiqət- unutmadıq, unutmarıq …” adlı tədbir və “Allaha Salam” filminin nümayişi keçiriləcək.Maraqlananlar iştirak edə bilər.

Azərbaycan əcnəbi gənclərin gözü ilə…

Oktyabrın 24-də Bakı Fotoqrafiya Evində qeyri-adi bir sərgi açılacaq: “I AM HERE / MƏN BURADAYAM”.Sərgidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) təhsil alan əcnəbi tələbələrin Azərbaycan mövzusuna həsr edilmiş foto əsərləri təqdim olunacaq.Gəlin, 24 oktyabr saat 16:00-da İçərişəhərdəki Bakı Fotoqrafiya Evində (Kiçik Qala 42) bu baxışların fotolara hopmuş səsini eşidək.