Bakıda gənc rəssamların Qarabağa həsr olunan əsərlərindən ibarət sərgi açılıb. Qarabağ Dirçəliş Fondu (QDF) tərəfindən təşkil edilən sərgidə tələbə rəssamların əl işləri nümayiş olunur. QDF-nin İdarə heyətinin sədri Rəhman Hacıyev çıxış edərək bildirib ki, Qarabağın təbiətinə, abidələrinə, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə həsr edilən 38 tablo Berlin […]
“İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusunda Respublika tələbə elmi konfransı keçirilib
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusunda Respublika tələbə elmi konfransı keçirilib.Konfranda universitet rəhbərliyi və tələbələr iştirak ediblər.Tədbiri giriş nitqi ilə açan ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva rektor Ceyran Mahmudovanın salamlarını çatıdırb və konfransın işində […]
ADMİU-da Milli Teatr Günü qeyd edilib
Martın 10-da Milli Teatr günü münasibəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bir sıra tədbirlər keçirilib.Günün ilk yarısında ADMİU-nun Teatr sənəti fakültəsində 1-ci kurs magistr tələbələrinin ifasında Kamal Abdullanın “Bir, iki-bizimki” tamaşası oynanılıb. Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist, dosent Yaqut Paşayeva, Aktyor sənəti müəllimi Əməkdar artist Qurban Məsimov, Səhnə danışığı müəllimi Əməkdar müəllim, […]
ADMİU-nun tələbəsi konsert proqramı ilə çıxış edib
Dekabrın 21-də Qara Qarayevin ev muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının fortepiano ixtisası üzrə 4-cü təhsil ili tələbəsi Həmayə Baxışovanın solo konserti keçirilib. Belə ki, Beynəlxalq Müsabiqələr laureatı, “Heydər Əliyev” təqaüdçüsü H.Baxışova “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən “Solo gənclik” […]