“İşğaldakı sərvətimiz” adlı rəsm sərgisi keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilati dəstəyi ilə “İşğaldakı Sərvətimiz” adlı rəsm sərgisi keçiriləcək. Layihə çərçivəsində 17-29 yaş arasında gənc rəssamların əsərlərindən ibarət sərgi təşkil olunacaq. Sərgidə, Qarabağda düşmən təcavüzü nəticəsində məhv edilmiş milli mədəni irsimiz, tarixi abidələrimiz habelə təbii sərvətlərimizi əks etdirən […]

05.11.2016-cı il tarixində Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib

9 noyabr – Dövlət Bayraq gününə həsr olunan yürüşdə Təhsil Nazirliyi, Milli Məclis deputatları, nazirliyin tabeliyində olan qurumların əməkdaşları, ali təhsil ocaqlarının rektor və müəllimləri ilə yanaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, universitetin professor-müəllim heyəti və tələbələri fəal iştirak ediblər.     Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin […]

ADMİU-nun tələbələri növbəti təlimdə

     Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sosial iş” ixtisasının I və II kurs tələbələri, Tələbə elmi cəmiyyətinin və Qızıl Aypara cəmiyyətinin dəstəyi ilə 5 noyabr 2016-cı il tarixində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında gənclər üçün ünsiyyət qurmaq bacarıqlarının öyrənilməsinə həsr olunan növbəti təlimdə iştirak ediblər. “Yaşamaq istəyirsənsə, ünsiyyət qurmaq bacarıqlarını öyrən” mövzusuna […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti ilə görüş

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin və Corat qəsəbə mədəniyyət evinin birgə təşkilatçılığı ilə Əli Kərim adına Poeziya Evində Universitetin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məleykə Alıqızı ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov qonaqları salamlayıb və xoş arzularının çatdırıb.     Görüşə Məleykə Alıqızının tələbələri, həmçinin […]

ADMİU-nun professoru Aqşin Babayevə həsr olunmuş tədbir keçirilib

Noyabrın 4-də Səbail rayon MKS-nın 3 saylı filialında Universitetimizin professoru, filologiya üzrə elmlər doktoru, yazıçı-dramaturq və publisist Aqşin Babayevə həsr olunmuş “Mənim ömrüm” adlı tədbir keçirilib.     A.Babayevin anadan olmasının 80 illiyi çərçivəsində baş tutan tədbirdə qonaqlar əvvəlcə yazıçının kitablarından ibarət sərgi ilə tanış olublar.     Tədbirdə N.Hikmət adına Uşaq Kitabxanasının müdiri Çərkəz Əliyeva çıxış edərək yazıçı-dramaturqun […]

ADMİU-nun 23 saylı orta məktəbdə görüşü keçirilib

     Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin 23 saylı orta məktəb ilə əməkdaşlıq çərçivəsində universitetin “Teatr sənəti” fakültəsinin “Səhnə danışığı” kafedrasının müdiri, dosent, əməkdar incəsənət xadimi Azad Şükürov və “Teatr sənəti” fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əsəd Rzayev ilə növbəti görüş keçirilib. Görüşdə əruz vəzninin klassik ədəbiyyatda rolundan və təsirindən söhbət açılıb, […]

ADMİU-nun professoru Məryəm Əlizadənin “Mədəniyyət” qəzetinə verdiyi müsahibə

IV Bakı Beynəlxalq Teatr Konfransında 30-dan çox xarici ölkəni, eləcə də beynəlxalq teatr təşkilatlarını təmsil edən sənətşünaslar, teatr tarixçiləri və tənqidçilərlə yanaşı, Azərbaycanın da bu sahədə tanınmış alimləri iştirak edəcək. Mötəbər tədbir ərəfəsində növbəti müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadədir. O, ötən üç […]

“Bu-ta-nıtım” layihəsinin bağlanış mərasimi keçirilib

     2016-cı ilin 30 oktyabr tarixində İçərişəhərdəki “Abşeron” rəsm qalereyasında “Bu-Ta-nıtım” layihəsinin bağlanış mərasimi keçirilib. Giriş sözünü “Bu-Ta-nıtım” layihəsinin rəhbəri, ADMİU-nun “Kulturologiya” fakültəsinin 4-cü kurs tələbəsi, ADMİU-nun YAP Gənclər Birliyinin sədri Orxan Məmmədov açıb. Çıxışına, gələn qonaqları salamlayaraq başlayan Orxan Məmmədov qeyd edib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan […]

“Bir” tələbə-könüllü proqramı çərçivəsində ADMİU-da görüş

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “Bir” tələbə-könüllü proqramı çərçivəsində noyabrın 1-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin I-II kurs tələbələri “Bir” Könüllülük Akademiyası ilə görüş keçirtdi.     Bildirilib ki, “Bir” Tələbə-Könüllü Proqramı tələbələrin könüllü fəaliyyətə stimullaşdırılması məqsədi ilə davamlı olaraq müxtəlif layihələr həyata keçirir. Proqramın təmsilçiləri indiyədək 35 irimiqyaslı tədbirdə könüllülük fəaliyyəti göstəriblər.     Qeyd […]

ADMİU-nun tələbələri Milli Azərbaycan Tarix Muzeyində

     24 oktyabr 2016-cı il tarixində “Muzeyşünaslıq, arxiv işi və tarixi abidələrin qorunması” ixtisası üzrə təhsil alan I kurs tələbələri, “İxtisas” fənn müəllimi Elfira Məlikovanın rəhbərliyi ilə Milli Azərbaycan Tarix Muzeyində olublar. Tələbələr muzeylə yaxından tanış olub, seçdikləri ixtisasın tətbiq olunduğu sahələr üzrə təcrübi biliklərini artırıb, nəzəri biliklərini daha da zənginləşdiriblər. Eramızdan əvvəlki minillikləri əhatə […]

ADMİU-nun yeni layihəsi

2016-cı ilin 28 oktyabr tarixində İçərişəhərdəki “Abşeron” Rəsm Qalereyasında “Bu-Ta”-nıdım sərgisi açıldı. Sərginin sponsoru Azərbaycan Respublikasının Gənclər Fondu, təşəbbüsçüsü və layihə rəhbəri isə ADMİU-nun (Dövlət Mədəniyyət və İncəsənət Universiteti) 4-cü kurs tələbəsi Orxan Məmmədovdur.     Sərgidə Bakının müxtəlif ali təhsil ocaqlarında oxuyan 30 yaradıcı gəncin əlliyə yaxın əsəri nümayiş etdirilirdi. Bu eksponatlar bədii qrafika və rəngkarlıq […]

“Bakı Caz Festivalı 2016” gənc iştirakçıların müsabiqəsinin qalibi ADMİU-nun tələbəsi oldu

Məlik Məmmədov oktyabr ayında baş tutan “Bakı Jazz Festivalı 2016” adlı gənc iştirakçıların (18-30 yaş) müsabiqəsində birinci yerə layiq görülüb. Qalib, ADMİU-nun “Musiqi sənəti” fakültəsinin “Estrada sənəti” ixtisasının II kurs tələbəsi Tələbə Estrada Simfonik orkestrın fəal üzvü və solistidir. Bugünə qədər çoxsaylı konsertlərdə ADMİU-nu uğurla təmsil edən Məlik həm də Fransız liseyində (liseyin tələbələri ilə […]