11-22 iyun tarixləri arasında tanınmış rəssam, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının baş müəllimi Mir Azər Abdullayev Özbəkistanda keçirilən Rəngkarlıq Simpoziumunda iştirak edib. M.Abdullayev "Art Zone" tərəfindən təşkil olunan Simpoziumda altı rəssamla birgə özbək motivləri əsasında rəsm əsərlərini ərsəyə gətirib. Layihə çərçivəsində rəssamlar Daşkənd, Səmərqənd və Xivə şəhərlərində çalışıblar. Ərsəyə gələn yaradıcılıq nümunələri iyunun 22-də Xivədə Özbəkistan və Azərbaycan Dövlət başçılarının qatıldığı sərgidə nümayiş olunub.