İyunun 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri 26 İyun Silahlı Qüvvələr Günü münasibətiylə Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə olublar. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı əsasında keçirilən tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlər bir dəqiqəlik sükutlaq yad edilib.
Komitə sədri Səttar Möhbalıyevin müavini Mirzə Cəfərzadə və Komandir müavini Rüfət Quliyev çıxış edərək bayram münasibətiylə əsgər və zabit heyətini təbrik ediblər.
Daha sonra Komitə tərəfindən bayram münasibətiylə hərbi hissəyə hədiyyələr təqdim olunub.
Tədbirin bədii hissəsində ADMİU-nun tələbələri və Quba rayon Mədəniyyət Mərkəzinin ifaçıları tərəfindən konsert proqramı baş tutub.
Tədbirin yekununda 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsinə həsr olunmuş abidə ziyarət olunub və qarşısına əklil qoyulub.