Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) çoxsaylı müraciətlərə əsasən, rəsmi olaraq bildirir ki, “Azərbaycan İncəsənət Məktəbi” adlı qurum ADMİU-nun nəzdində fəaliyyət göstərmir və universitetlə heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə hazırlıq kurslarına qəbul üçün qeydiyyat 5-25 sentyabr 2022-ci il tarixi aralığında aparılacaq.