Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən 2 Fevral - Gənclər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının (TGT) “I Strateji Planlaşdırma Forumu” keçirilib.
Forumun keçirilməsində əsas məqsəd ATGTİ və TGT-lərin uzunmüddətli dayanıqlı inkişaf strategiyasının müəyyən olunması, inkişaf üçün düzgün planlanma aparılmasına dəstək olmaqdır.
Ölkənin aparıcı təhsil müəssisələrinin də təmsil olunuğu Forumda 2021-ci il ərzində həyata keçirilən layihələrdən danışılıb ən fəal tələbə təşkilatları müəyyənləşdirilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Tələbə Gənclər Təşkilatının sədri Əlirza Yavər oğlu Əlizadə "İlin TGT sədri", Lalə Mikayıl qızı Şirinzadə isə "İlin fəal TGT nümayəndəsi" mükafatlarına layiq görülüblər.
Bu münasibətlə fərqlənən tələbələrimizi və ADMİU TGT kollektivini təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzu edirik.