FİKRƏT ƏMİROVUN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONSERT PROQRAMI KEÇİRİLİB
FİKRƏT ƏMİROVUN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONSERT PROQRAMI KEÇİRİLİB
04.12.2022
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında 15 mart 2022-ci il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Fikrət Əmirovun 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər həyata keçirir. Azərbaycan musiqi sənətinin inkişafında müstəsna xidmətləri olan Fikrət Əmirovun 100 illik yubileyi ilə bağlı ADMİU-nun tədbirlər planı çərçivəsində dekabrın 2-də Bakı Slavyan Universitetində növbəti konsert baş tutub.
Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkil etdiyi konsertdə ADMİU-nun professor-müəllim heyətinin və tələbələrinin ifasında görkəmli Azərbaycan bəstəkarın unudulmaz əsərləri səslənib. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.