ADMİU “TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏLƏBƏLƏRİN SOSİAL FƏALİYYƏTİ VƏ İNKİŞAFI” LAYİHƏSİNƏ DƏSTƏKDİR
ADMİU “TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏLƏBƏLƏRİN SOSİAL FƏALİYYƏTİ VƏ İNKİŞAFI” LAYİHƏSİNƏ DƏSTƏKDİR
10.02.2022
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” adlı birgə layihə həyata keçirir. Layihənin məqsədi tələbələrin ictimai fəallığının artırılması üçün bir sıra addımların atılması və onların sosial fəaliyyətinin inkişaf etdirilməsi, eyni zamanda, cəmiyyətin bilikli, savadlı, bacarıqlı gənclərinin üzə çıxarılmasına şəraitin yaradılmasıdır. Bu təşəbbüsün daha bir səbəbi tələbələrin təhsil aldıqları müddətdə maraq dairələrinə uyğun, perspektivli layihələrdə iştirakını təmin etmək, bilik və bacarıqlarının təcrübədə həyata keçirilməsində, sosial fəaliyyətlərinin artırılmasında və digər bu kimi vacib məsələlərdə qarşılaşdıqları problemlərin aradan qaldırılmasında vacib addımların operativ atılmasıdır. Həmçinin, hazırda yaradılan “telebexidmet.az” saytı tələbələrin asanlıqla maraq dairələrinə uyğun inkişaf proqramlarına qatılması, keçiriləcək müxtəlif təlimlər, seminarlar, tədbirlər haqqında ətraflı məlumatların əlçatan olması, könüllü fəaliyyət göstərmək istəyən tələbələrin öz profillərinə uyğun təcrübə proqramlarından istifadə etmələri üçün bir ciddi onlayn platforma olacaq.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələr üçün ciddi inkişaf vəd edən “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsini dəstəkləyir və universitetdə təhsil alan tələbələrin layihədən yararlanması üçün lazımi fəaliyyətə qoşulur.