Dekabrın 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Kulturologiya və Musiqi sənəti fakültələri üçün Analitik informasiya mərkəzinin növbəti təlimi keçirilib.
Tədbirdə çıxış edən ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva bildirib ki, universitet məlumat bazaları, elmi müəssisə, elmi jurnal, müəllif və məqalələrin indeksləşməsi və sair kimi mövzularda iştirakçılara daha geniş bilgilər vermək məqsədiylə silsilə təlimlər keçirir. Bu dəfəki təlim İndeksləşən məlumat bazaları haqqındadır.
Daha sonra da tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazımi çıxış edib. O, təlim iştirakçılarına elmi jurnalların indeksləşdirilməsi, məqalə və müəlliflərin indeksləşdirilməsi, elm və təhsil müəssisələrinin indeksləşdirilməsi, reytinqlərin (H-İndex) müəyyən olunması, İmpakt faktorun (İF) müəyyənləşdirilməsi, ödənişli məlumat bazaları, ödənişsiz məlumat bazaları və sair haqqında geniş məlumat verib.
Məruzədən sonra iştirakçıların sualları cavablandırıb. Təlim diskussiya şəklində davam etdirilib.