Dekabrın 21-də Bakı Slavyan Universitetində milli musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, “Şöhrət” ordenli bəstəkar Emin Sabitoğlunun 85 illiyinə həsr olunmuş konsert keçirilib. Tədbirdə ali məktəbin rəhbərliyi, professor-müəllim kollektivi, tələbələri, ADMİU-nun professor-müəllim heyəti və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Musiqi sənəti fakültəsi, Estrada sənəti kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə bəstəkarın unudulmaz nəğmələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin tələbələri, professor-müəllim heyəti və mədəniyyət xadimləri tərəfindən ifa edilib.
“Estrada sənəti” kafedrasının müdiri, professor Məryəm Babayevanın bədii rəhbərliyi ilə təşkil olunan konsertdə dahi bəstəkarın bir-birindən dəyərli bəstələri səslənib. Həmçinin, konsertdə ADMİU-nun "Aşıq sənəti" kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi, aşıq Samirə Əliyeva, “Muğam sənəti” kafedrasının müdiri, dosent, Xalq artisti Teyyub Aslanov da çıxış edib.
Rəngarəng proqrama malik konsert tamaşaçılar tərəfindən böyük sevgi və maraqla qarşılanıb.