1-3 mart tarixlərində British Council, Kent Universiteti (London), Ada Universiteti və Ada Universitetin tərəfdaşı ADMİU-nun təşkilatçılığı ilə “Yaradıcılıq Sahələrində Ali Məktəblər arasında Əlaqələrin İnkişafı və Uğurlu Fond Toplanması (Fund Raising) Necə Yaradılır” adlı seminar keçirilib.
Seminarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən Rəssamlıq fakültəsi “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının Baş müəllimi Günel Seyidəhmədli, həmin kafedranın müəllimi Mehbarə Abbasova, Etnomusiqişünas, Musiqi sənəti fakültəsi “Musiqi tarix və nəzəriyyəsi kafedrasının” laborantı və müəllimi Əsədzadə Gülxanım, “Bəstəkar musiqi tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi Əzizova Aysel iştirak ediblər.
Keçirilmiş 3 günlük təlimdə kreativ sahələrdə vorkşopların aparılması haqda məruzələr dinlənilib, praktik vorkşoplar həyata keçirilib.
Təlimin birinci günü Kent və ADA Universitetinin əməkdaşları tərəfindən əsas sahibkarlıq vərdişləri, akademiya və biznes arasında sinerji, kurrikulumda sahibkarlıq bacarıqlarının inteqrasiyası məsələləri üzrə, ikinci gün Hub-ların inkişafında Böyük Britaniya təcrübəsi, effektiv hub fəaliyyətləri, netvorkingin əsasları, uğurlu və keyfiyyətli netvorking məsələləri üzrə, üçüncü gün isə Fund-raising və fund raising metodları, bacarıqları və strategiyası, eləcə də fund raising əldə etmək üçün necə bacarıqlar əldə etmək olar məsələləri üzrə müzakirələr və təlimlər aparılıb.