MƏKTƏBLİLƏR ADMİU-NUN DOSENTİ AYSEL ƏZİZOVANIN MÜƏLLİFİ OLDUĞU FORMALARI GEYİNƏCƏKLƏR
MƏKTƏBLİLƏR ADMİU-NUN DOSENTİ AYSEL ƏZİZOVANIN MÜƏLLİFİ OLDUĞU FORMALARI GEYİNƏCƏKLƏR
18.03.2022
2019-cu ildən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələri təhsilalanlarının geyim formalarının təsvirləri” ilə bağlı elan olunmuş seçim mərhələsi başa çatıb. Nazirlər Kabinetinin 2022-ci il 12 mart tarixli qərarı ilə “Dövlət ümumi təhsil müəssisələri təhsilalanlarının geyim formalarının təsvirləri” təsdiq olunub. Bu geyim dəstlərinin eskizlərinin müəllifi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, tanınmış modelyer Aysel Əzizovadır.
Qərara əsasən, 2022/2023-cü tədris ilindən etibarən A.Əzizovanın müəllifi olduğu məktəbli formaları tətbiq ediləcək.