Martın 16-sı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) İsveçrə-İsrail fleyta ifaçısı Avital Cohenin ADMİU tələbələri üçün ustad dərsləri baş tutub. Ustad dərsləri çərçivəsində Avital Cohen fleyta ifaçılığı üzrə təhsil alan tələbələrin ifalarını dinləyərək onlara bədii və texniki məsləhətlər verib, fərqli musiqi təfsirləri, müasir fleyta ifaçılığı texnikaları və məşğələləri üzrə tanışlıq mövzularında mühazirə edib.
Qeyd edək ki, ifaçı daha öncə ADMİU-nun Cadenza Orkestri ilə birgə mart ayının 15-i Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib. Konsertin proqramında Karlhaynz Ştokhauzen, Antonio Vivaldi, Haynz Holliger, Arif Məlikov və Türkər Qasımzadənin əsərləri yer alıb.
Dinləyicilər tərəfindən rəğbətlə qarşılanan ifaçı Azərbaycana ikinci dəfədir ki səfər edir. Avital Cohen daha öncə VI Qara Qarayev Beynəlxalq Müasir Musiqi Festivalında konsert proqramı ilə çıxış edib.