Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Musiqi sənəti fakültəsi, Xalq Çalğı Alətləri İfaçılığı Kafedrasının “Ənənələr: dünən, bu gün, sabah” adlı konserti keçirilib. Konsertdə tanınmış mədəniyyət xadimləri, universitetin professor-müəllim kollektivi, tələbələri, mətbuat nümayəndələri və sənətsevərlər iştirak ediblər.
Konsert proqramında kafedranın müəllimləri bir-birindən gözəl musiqi nömrələriylə çıxış ediblər.
Tar müəllimi Səxavət Məmmədov “Çoban Bayatı” muğamı, Tonci Hulicin “Cubana” (müşayiət edir Fortepiano: Aygün Səfərzadə, Percussion: Vəfadar Ramiz), baş müəllim Ruslan Zərbaliyev “Xoş gəlir” kompozisiyası (müşayiət edir: Fortepiano: Rəşad Nəsrullayev, Nağara: Murad Nağızadə, baş müəllim Samirə Əliyeva “Şüştər” kompozisiyası (müşayiət edir: Akkardion: Rabil Abbasov, Fortepiano: Musa Məmmədov, Skripka: Tərlan Həsənov, Zərb aləti: Ramin Dadaşov), baş müəllim Cəbrayıl Göyüşov “Bayatı Şiraz” kompozisiyası (müşayiət edir: Fortepiano: Əməkdar artist Fəridə Hüseynova, Zərb aləti: Ramin Dadaşov), Əməkdar artist Fəridə Hüseynova “Humayun” kompozisiyası (müşayiət edir: Fortepiano:Arif Ağazadə, Zərb aləti: Fuad Məmmədov, Bass gitara: Nicat Ağayev), müəllim Nurlan Cəfərli “Orta Mahur muğamı”,“HopStart” kompozisiyası (müşayiət edir: Qrup -Cəfərlinski, Fortepiano: Ülvi İsmayıl, Elektro Gitara: Emin Alızadə, Bass gitara: Fuad Cəfər, Zərb aləti: Etibar Ağayev, Müəllim Pərviz Quliyev “Sarı gəlin” (müşayiət edir: Zərb aləti: Eyvaz Həşimov, Fortepiano: Elnur Hüseynov, Bass gitara:Azad Yusubov), müəllim İsmayıl Zülfüqarov "Spirit" (ruh) (müəllif : İsmayıl Zülfüqarov), “Qara Qaşın Vəsməsi” kompozisiyası (müşayiət edir: Fortepiano Ülvi İsmayıl, Percussion: Cəfər Həsənov), Əməkdar artist Toğrul Əsədullayev “Şüştər” kompozisiyası (müşayiət edir: Fortepiano: Rəşad Nəsrullayev, Nağara: Murad Nağızadə), Əməkdar artist Əliağa Sədiyev "Əhsəni" kompozisiyası (müşayiət edir: Zərb aləti: Eyvaz Həşimov, Fortepiano: Elnur Hüseynov, Sabir Tarverdiyev, Bas gitara: Azad Yusubov) ifa ediblər.
Bütün çıxışlar tamaşaçılar tərəfindən böyük məmnunluq və coşğuyla qarşılanıb.