Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
2022/2023-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla
yenidənhazırlanma təhsili almaq üçün qəbul
ELAN EDİR
050309 Musiqişünaslıq
050809 Turizm bələdçiliyi
050810 Turizm işinin təşkili
050302 Bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist)
050302 Sənətşünaslıq (Kinoşünaslıq)
Yuxarıda göstərilən ixtisaslar üzrə tədris əyani formada həyata keçiriləcəkdir.
ADMİU-da yenidənhazırlanma təhsili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na əsasən aparılır.
ADMİU-da Yenidənhazırlanma təhsilinə sənəd qəbulu müraciət edənlər tərəfindən şəxsən təqdim edilməklə və ya elektron (skan edilmiş pdf formatında) qaydada həyata keçirilir. Təqdim edilmiş sənədlər müvafiq tələblərə cavab verdiyi halda müraciət edən şəxslər yenidənhazırlanma təhsili almaq hüququ qazanırlar.
Tədris Azərbaycan və rus dillərində aparılır.
Sənədlərin qəbulu 2022-ci ilin may ayının 5-dən sentyabr ayının 10-dək aparılacaq.
Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
• Rektorun adına ərizə;
• Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
• 2022-ci ilin məzunları bakalavr səviyyəsinin bitirmə haqqında gerbli möhürlə təsdiq olunmuş arayış və transkript;
• 2 ədəd fotoşəkil (3×4 sm jpeg formatında);
• Şəxsiyyət vəsiqəsinin surəti (soyadı dəyişdiyi halda, təsdiqedici sənəd).
Yenidənhazırlanma təhsilinə müraciət üçün ərizə formasını aşağıdakı link vasitəsi ilə yükləmək olar.
Ərizə forması
QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış məzunlar diplomların Azərbaycan Respublikası ərazisində tanınması barədə Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
elavatahsil@admiu.edu.az
Əlaqə nömrəsi: (012) 599-00-54; (+994)50 250-34-80