ADMİU KİTABXANA-İNFORMASİYA MƏRKƏZİNİN BEYNƏLXALQ SƏNƏD MÜBADİLƏSİ DAVAM EDİR
ADMİU KİTABXANA-İNFORMASİYA MƏRKƏZİNİN BEYNƏLXALQ SƏNƏD MÜBADİLƏSİ DAVAM EDİR
18.05.2022
ADMİU Kitabxana-İnformasiya Mərkəzi Rusiyanda incəsənət tarixinin öyrənilməsi üzrə aparıcı mərkəz olan Dövlət İncəsənət Elmləri İnstitutu tərəfindən nəşr edilən “Şərqin teatr və tamaşa formaları” (Театр и зрелищные формы Востока) adlı məqalələr məcmuəsinin 5-ci sayını əldə edib.
Bu toplu Şərqin ənənəvi teatrına həsr olunmuş silsilə məqalələrin nəşrini davam etdirir. Jurnalın bu sayında Şərq teatr tarixi sahəsində tədqiqat aparan alimlərin – Salax Stete, Yakov Landau, Məcid Rezvani, Mətin Ənd, Seyd Camal Əhməd və Bertelsin məqalələri yer alıb. Geniş oxucu auditoriyası üçün təqdim olunan araşdırmalar Türkiyə, İran, Ərəb ölkələri və Banqladeşin teatr mədəniyyəti müəyyən aspektlərdə yüksək ixtisaslaşmış tədqiqinə həsr olunub. Burada mövzulara uyğun olaraq verilmiş maraqlı illüstrasiyalar diqqəti cəlb edir. Məcmuədən ADMİU-nun professor-müəllim heyəti və tələbələri Kitabxana-İnformasiya Mərkəzinin oxu zalında istifadə edə bilərlər.