ADMİU-NUN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “CAZ MUSİQİSİ AXŞAMI”
ADMİU-NUN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “CAZ MUSİQİSİ AXŞAMI”
20.05.2023
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində Musiqi sənəti fakültəsinin Estrada sənəti kafedrası tərəfindən konsert proqramı təqdim edilib.
“Caz musiqisi axşamı” adlı konsertin bədii rəhbəri Estrada sənəti kafedrasının müdiri professor Məryəm Babayevadır. Konsertdə Estrada sənəti kafedrasının tələbə və məzunların ifasında xarici və yerli bəstəkarların yaradıcılığından müxtəlif caz musiqisi nümunələri səsləndirilib.
Tələbə və məzunları kafedranın konsertmeysterləri Rəcəb Zeynalov, Nicat Aslanov, bass-gitarada Fuad Cəfər, zərb alətində Həsən Bilalov, tarda İsmayıl Zülfüqarov və saksofonda Camal Bayramlı müşayiət ediblər.