Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) arasındakı qarşılıqlı əməkdaşlıq haqqında müqaviləyə əsasən, 15-19 may tarixlərində QİTİS-in müəllimi Aydar Zakirov ADMİU-nun Teatr sənəti fakültəsinin tələbələri üçün səhnə hərəkətləri ilə bağlı ustad dərsləri keçib.
Tələbələrin hazırlıqlarından məmnunluğunu qeyd edən rusiyalı mütəxəssis beş gün ərzində öz bilik və təcrübələrini tələbələrlə bölüşüb.