ADMİU-NUN KEÇMİŞ MƏCBURİ KÖÇKÜN TƏLƏBƏ GƏNCLƏRİNİN İŞTİRAKI İLƏ İNFOSESSİYA KEÇİRİLİB
ADMİU-NUN KEÇMİŞ MƏCBURİ KÖÇKÜN TƏLƏBƏ GƏNCLƏRİNİN İŞTİRAKI İLƏ İNFOSESSİYA KEÇİRİLİB
29.05.2023
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində keçmiş məcburi köçkün tələbə gənclərin iştirakı ilə infosessiya keçirilib.
ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Əhmədovun dəstəyi ilə keçirilən infosessiya zamanı gənclərə proqramın məqsədi, könüllü seçimi və hazırlıq mərhələsi, könüllülük fəaliyyətinin istiqamətləri haqqında “Böyük Qayıdış” Gənclər Təşkilatının əməkdaşı Lamiyə Məmmədova və digər qonaqlar tərəfindən ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
“Qayıdış Könüllüləri” Proqramı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq xüsusi nümayəndəliklərinin, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqını dəstəyi, "Böyük Qayıdış" Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilir.