Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
yaradılmasının 100 illiyinə həsr olunmuş
“Müasir informasiya məkanında turizmin dayanıqlı inkişafı və
sosial-mədəni innovasiyalar”
mövzusunda respublika elmi-nəzəri konfransı
Bakı şəhəri, 26 may 2023-cü il

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaradılmasının 100 illiyi mü-nasibətilə 26 may 2023-cü il tarixində
“Müasir informasiya məkanında turizmin dayanıqlı inkişafı və sosial-mədəni innovasiyalar” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcəkdir. Konfransın əsas məqsədi elmin müxtəlif sahələrinin, o cümlədən turizm və sosial-mədəni xidmət sferasının müasir inkişaf tendensiyalarını araşdırmaq, tətbiq edilən innovativ texnologiyaların müqayisəli qiymətləndirilməsi məsələlərinə dair səmərəli təkliflər verməkdir.
Konfransda elmi-tədqiqat institutlarının əməkdaşları, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar iştirak edə bilər.
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
Konfransın bölmələri:
1. Turizm və iqtisadiyyat
2. Kitabxanaçılıq və informasiya fəaliyyəti
3. Muzeyşünaslıq və arxiv işi
4. Sosial iş və sosiologiya
5. Sənətşünaslıq
Konfrans Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şura zalında əyani formatda keçiriləcəkdir.
Qeydiyyat saat 9.00-dan-9.30-dək aparılacaqdır.
Konfransın açılışı saat 10.00-a təyin olunmuşdur.
Əlavə məlumat üçün:
Mobil: 070 657 18 55
Elektron poçt ünvanı: konfrans.admiu@gmail.com
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39. (Əsas bina)
Məqalələrin tərtibinə qoyulan tələblər və nümunə