ADMİU-NUN DA DAXİL OLDUĞU "TÜRK DÜNYASI SƏNƏT UNİVERSİTETLƏRİ BİRLİYİ" YARADILIB
ADMİU-NUN DA DAXİL OLDUĞU "TÜRK DÜNYASI SƏNƏT UNİVERSİTETLƏRİ BİRLİYİ" YARADILIB
15.03.2023
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova Qazaxıstanın Almatı şəhərində rəsmi səfərdədir.
Səfər çərçivəsində TÜRKSOY-un təşkilatçılığı ilə "Türk Dünyası Sənət Universitetləri Birliyi" yaradılıb.
Bu münasibətlə keçirilən görüşə TÜRKSOY başqan müavini dosent Bilal Çakıcı, ADMİU-nun rektoru professor Ceyran Mahmudova, Qazaxıstan T.Jürgenov adına Qazax Milli Sənət Akademiyasının rektoru Əzəmət Satılbaldı, Qırğız Dövlət Mədəniyyət və Sənət Universitetinin rektoru Tümenboy Koldoşov, Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Şermanov Eldor və Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru professor Erhan Özden qatılıblar.
Görüşdə alınan qərarla T.Jürgenov adına Qazax Milli Sənət Akademiyasının rektoru Əzəmət Satılbaldı qurumun 2 illik başqanı seçilib.
Sonda Birliyin quruluş protokolu imzalanıb və Türk Dünyası Sənət Universitetləri Birliyinin gerçəkləşəcək ilk iclası üçün yer və zaman təyin edilib. Qərara görə Birlik ilk iclasını may ayının sonlarında Özbəkistanda keçirəcək.