Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 10 aprel-26 may tarixlərində (7 həftə, o cümlədən 1 imtahan həftəsi olmaqla) tyutor hazırlığı kursunun təşkil olunması nəzərdə tutulub. Qeydiyyatdan keçmək istəyən şəxslər 06.04.2023-cü il tarixinədək ADMİU-nun İnşaatçılar prospekti 39 ünvanında yerləşən I inzibati binasında Tədris şöbəsinə aşağıda qeyd olunanları təqdim etməlidirlər:
1. Şəxsiyyət vəsiqəsinin surəti;
2. Bakalavr diplomunun surəti (Magistratura səviyyəsini bitirənlər əlavə olaraq magistr diplomunun surəti);
3. 3x4 ölçüdə 1 (bir) ədəd fotoşəkil;
4. Kadrların şəxsi uçot vərəqəsi;
5. Ərizə.