Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) karyera günü keçirilib.
Tərəflər arasında imzalanmış memoranduma əsasən təşkil edilən görüşdə Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri, xidmət kontingenti və fəaliyyətinin həyata keçirilməsində “Sosial iş” ixtisasının əhəmiyyəti barədə tələbələrə məlumat verilib.
İştirakçılara Agentlikdə təcrübə keçmək imkanları, karyerada diqqət etməli olduqları xüsusi məqamlar, bu istiqamətdə araşdırmanın mərhələləri, eləcə də karyera planlamasının üstünlükləri barədə yerli və beynəlxalq mənbələrə əsaslanan təlim keçilib.
Agentliyin mütəxəssisləri tərəfindən tələbələrə şəxsiyyətin temperament tiplərinə uyğun karyera yolunun seçilməsi və işə müraciət zamanı məlumat anketlərinin düzgün hazırlanması ilə bağlı məsləhətlər də verilib.
Sonda suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.