2023/2024-CÜ TƏDRİS İLİ ÜZRƏ SABAH QRUPLARININ BAKALAVRİATURA SƏVİYYƏSİNDƏ TƏLƏBƏ QƏBULU ÜÇÜN İNFOSESSİYALAR DAVAM EDİR
2023/2024-CÜ TƏDRİS İLİ ÜZRƏ SABAH QRUPLARININ BAKALAVRİATURA SƏVİYYƏSİNDƏ TƏLƏBƏ QƏBULU ÜÇÜN İNFOSESSİYALAR DAVAM EDİR
13.05.2023
Mayın 10-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Aktyor sənəti və Rejissorluq ixtisası üzrə təhsil alan I təhsil ili tələbələrinə Elm və Təhsil Nazirliyinin SABAH İcra Komitəsi tərəfindən infosessiya keçirilib.
Keçirilən infosessiyada SABAH qrupları İcra Komitəsinin rəhbəri Eldar Qocayev tələbə qəbulu qaydaları, seçim mərhələləri, tələbə və məzunların nailiyyətləri haqqında məlumat verib.
Sonda tələbələr tərəfindən verilən suallar cavablandırılıb.