Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
VİRTUAL SƏRGİ
-
ADMİU-nun Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, tanınmış füzulişünas-alim, professor Gülşən Əliyeva-Kəngərlinin "Hüsnü-cəmal, əqli kamal (Nəsimi poetikasından incilər)" kitabına dahi Azərbaycan şairi İmadəddin Nəsimi haqqında müəllifin mülahizələri daxil edilib. Akademik Teymur Kərimlinin elmi redaktorluğu ilə 2019-cu ildə işıq üzü görən kitabda Nəsiminin şəxsiyyətinə və yaradıcılığına həsr olunmuş "Türk ruhunun poetik vüsəti", "Şeirimizin "quş dili", yaxud Nəsimi poeziyasında rəmz", "Nəsimi poeziyasında "hüsnü-cəmal", "Nəsimi poeziyasında Can, Cahan, Canan (kosmik aləmin dərki)", "Nəsimi şeirində vəhdət: mürşid və mürid", "İki dahi: Nəsimi və Füzuli şeirində ədəbi paralelizm" və "Bütün zamanların dahisi (nəticə əvəzinə)" sərlövhəli məqalələr toplanıb.
-
Azərbaycanın ali məktəb kitabxanaları içərisində ilk dəfə olaraq tərtib olunan bu fundamental elmi-biblioqrafik resursda 2019-cu ildə ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin fonduna Azərbaycan və xarici dillərdə yeni daxil olan nəşrlər (kitab, magistr dissertasiyası və jurnallar) haqqında analitik məlumatlar verilib. Kitaba daxil edilən nəşrlər Universal Onluq Təsnifat (UOT) cədvəllərinə uyğun olaraq elm sahələri üzrə sistemləşdirilib. Biblioqrafik mənbədən səmərəli və operativ istifadəni təmin etmək məqsədilə sənəd-informasiya resursları müəlliflərin və ya sərlövhələrin əlifba sırası, eləcə də, fondda yerləşdiyi şifrələri ilə birlikdə verilib.
-
Teatr sənətinin tarixindən bəhs edən və ADMİU-nun Teatrşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Aydın Talıbzadənin müəllifi olduğu “Şərq teatr tarixi” adlı ali məktəblər üçün dərsliyin elmi redaktoru fəlsəfə üzrə elmlər doktoru, professor Niyazi Mehdidir. Bu fundamental əsər Şərq ölkələrinin ənənəvi teatr formaları tarixinin, poetika və estetikasının sistemli bir şəkildə araşdırılmış versiyasını təqdim edir. Kitab həm dərslikdir, həm Şərqin zəngin teatr sənətinə konseptual bir baxışdır. O, həm geniş spektrli bir tədqiqatdır, həm də oxunuşu cazib, təsirləndirici elmi-kütləvi nəşrdir.
-
ADMİU-nun Teatrşünaslıq kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru İsrafil İsrafilovun “Teatr haqqında söhbətlər” adlı kitabı uzun illər teatr sənətinin müxtəlif nəzəri problemlərini araşdıran müəllifin çağdaş dövrün səhnə sənəti məsələlərinə həsr etdiyi araşdırmalarını əks etdirir. Nəşrdə mədəniyyətin refleksiyasından qaynaqlanan praktik teatr həyatı haqqında söhbətlər şəklində yazılan ayrı-ayrı məqalələr, resenziyalar toplanmışdır. Əvvəlki tədqiqatlarında olduğu kimi bu kitabında da müəllif səhnə sənətinin yaradıcılıq stixiyasında xüsusi dəyər kəsb edən dramaturgiya, aktyor sənəti, rejissura, tamaşaçı kimi komponentlərin müstəqillik dövrü teatrındakı vəziyyəti, uğurların və itkilərin səbələri ilə bağlı elmi-nəzəri qənaətlərini paylaşır.
-
ADMİU-nun Rəssamlıq fakültəsinin dekan müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədlinin “Azərbaycan memorial heykəltaraşlığının bədii xüsusiyyətləri” adlı monoqrafiyası akademik Ömər Eldarov və professor Sevil Sadıxovanın elmi redaktorluğu ilə çap edilib. Tədqiqat əsəri Fəxri Xiyabanda yerləşən abidələrin bədii xüsusiyyətlərinin təhlilinə həsr olunub. Xronoloji ardıcıllıqla tərtib olunmuş monoqrafiyada Azərbaycan memorial heykəltaraşlığının formalaşma mərhələləri və eləcə də birinci və ikinci Fəxri Xiyabanda yer alan abidələr haqqında ətraflı tədqiqat materialları toplanılıb.
-
Böyük rus teatr xadimi, professor Boris Zaxavanın (1896-1976) klassikaya çevrilmiş pedaqoji əsəri olan “Aktyor və rejissor sənəti” adlı dərs vəsaitidir. “Qanun” nəşriyyatı tərəfindən ilk dəfə olaraq 2019-cu ildə latın qrafikası ilə nəşr olunub. Kitabın ilk buraxılışı 1984-cü ildə ADMİU-nun teatr pedaqoqları Nəsir Sadıq-zadə və Əzizağa Quliyevin tərcüməsi əsasında çapdan çıxmışdır. Dərs vəsaitində rol üçün material toplanması məsələləri nəzərdən keçirilir, məşq prosesinin əsas mərhələləri izlənilir. Kitabda gənc aktyor və rejissora kömək edəcək çalışmalar sistemi verilmiş, müəllif buraya pyesin rejissor tərəfindən interpretasiyası məsələlərinə dair yeni materiallar daxil etmişdir.
-
İzonəşr ADMİU-nun professoru, Azərbaycanın Xalq rəssamı, “Şöhrət” ordenli Arif Əzizin zəngin yaradıcılığına həsr olunub.
-
Dərslik 10 fəsildən, 57 paraqrafdan ibarətdir. Dərslikdə turizm elminin predmeti, elmi-nəzəri əsasları, tədqiqat metodları, dünyada və həmçinin Azərbaycanda inkişaf tarixi haqqında ətraflı məlumat verilmişdir.
-
Kitabda turizm sahəsində tətbiq olnunan informasiya texnologiyalarının müxtəlif istiqamətlərini əhatə edən mövzular verilmişdir. Daxili turizmin inkişafında informasiya texnologiyalarının rolu göstərilmişdir.
-
Azərbaycan musiqi tarixi: dördüncü cild/ Lay. rəh. və elmi red. Z.Səfərova. - Bakı: Elm, 2019. - 824 s. Çoxcildliyin bu cildində 50-60-cı illərdən sonra formalaşmış bəstəkarlarımızın yaradıcılığının və bu dövrün musiqi həyatının ümumi mənzərəsinin təhlili və tədqiqi verilmişdir.
-
Kitab-albom ADMİU-nun professoru, Azərbaycanın Xalq rəssamı, “Şöhrət” ordenli Arif Əzizin zəngin yaradıcılığına həsr olunub.
-
Kitabda muzey materialının bərpası və konservasiyasının özünəməxsus cəhətləri, Azərbaycan və dünya muzeylərində bərpa və konservasiyanın yaranması, inkişafı haqqında məlumat verilir.
-
Fransız yazıçısı, novellaçısı və tənqidçisi Marsel Prust 20-ci əsrin ən yaxşı romançısı adlandırılmışdır.
-
Alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, Nobel mükafatına layiq görülmüş - yazıçı, heykəltəraş, rəssam Günter Qrassın yaradıcılığında daha çox yaşadığı əsrin qlobal hadisələrini, siyasi proseslərini, müharibələrini canlandıran müəllif “Mənim yüzilliyim” əsərində onların hamısını müxtəlif şəxslərin adından danışmaqla bir əsər daxilində verməyə çalışmışdır.
-
Kitabda Moris Meterlinkin “Müqəddəs Antoninin möcüzəsi”, Jül Romenin “Knok və yaxud tibbin təntənəsi”, Fridrix Dürrenmattın “Yaşlı xanımın gəlişi”, Nazim Hikmətin “Hər şeyə rəğmən”, Matey Vişnyakın “Qoca kloun tələb olunur”, Aleksandr Vampilovun “Ördək ovu”, Qriqori Qorinin “IV Kin”, Tün-cər Cücənoğlunun “Uçqun”, Lars Nurenin “Müharibə” və Toyğun Orbayın “21.15 qatarı” yer almışdır.
-
Dərs vəsaitində xarici ölkə bəstəkarlarının iri həcmli əsərlərinin interpretasiya xüsusiyyətləri tələbələrə təqdim olunur.
-
Kino sənətinin tarixi və müasir vəziyyətini yığcam şəkildə işıqlandıran elmi-soraq nəşridir. Ensklopedik lüğətdə (EL) Azərbaycan kinematoqrafiyasının tarixi, estetik prinsipləri, kino qrumları haqqında "Azərbaycan kinematoqrafiyası", "Azərbaycanfilm" və digər məqalələrdə söhbət açılmışdır.
-
Dərs vəsaitində dünya ədəbiyyatında 250 ildən artıq bir zamanı əhatə edən Renessans dövrünün italyan, fransız, ispan və ingilis şair, yazıçı və dramaturqlarının yaradıcılıqları nəzərdən keçirilmiş, renessansın tarixi kökləri araşdırılmışdır.
-
Nəşrdə Bakı qəsəbələri, onlara tarixi rakursdan baxış və bu kəndlərə məxsus qədim xalça, kilim motivləri, həmçinin yeni yaradılmış Bakı qrupuna aid xalçalara stilizə edilmiş xalça çeşniləri haqqında məlumat verilir.
-
Yaradıcı gənclər üçün nəzərdə tutulmuş vəsaitdə müəllif kitab yazmaq və film çəkmək sahəsi ilə məşğul olmaq istəyənlərə öz tövsiyələrini təqdim edir. Bu mövzuda yazılan başqa kitablarda təhlil olunmayan bir sıra mühüm detallar bu əsərdə incələnir, bu yaradıcılıq yolunu müəllif oxucuları ilə birlikdə addımlamağı nəzərdə tutur.
-
Azərbaycan musiqi elminin qiymətli abidələri sırasına daxil olan bu kitab janrı və yazılış tərzi etibarı ilə daha əvvəlkilərdə bənzəri olmamış ciddi tədqiqat əsəridir. Əsər musiqişünaslar, musiqiçi və musiqişünas ixtisası verən universitetlərin tələbələri, orta ixtisas musiqi məktəblərinin, eləcə də orta ümumtəhsil məktəblərinin şagirdləri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
-
Kitabda dünyaca məşhur muğam ifaçısı, Xalq artisti Alim Qasımov haqqında respublikanın tanınmış şəxsiyyətlərinin müsahibələri toplanmışdır. Bu yazılarda muğam aşiqi və fədaisi olan sənətkar müxtəlif rakurslardan göstərilir, onun oxuculara tanış olmayan xüsusiyyətləri açılır. On üç müsahibin və müəllifin (13+1) təhlil xarakterli düşüncələri sayəsində oxucu ilk dəfə olaraq Alim Qasımovu "sufi-filosof-xanəndə" tandemində muğam ifa edən sənətkar kimi "kəşf" edib tanıya biləcək.
-
Kitab müxtəlif növlü, janrlı filmləri beynəlxalq mükafatlara layiq görülən, neçə-neçə yaradıcı və texniki nəslin çalışdığı Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yaradıcılıq yoluna həsr olunub. Azərbaycan kino tarixini sistemli şəkildə araşdırmaqla yanaşı, davamlı pedaqoji fəaliyyətlə də məşğul olmuş Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin bu kitabında kinostudiyanın keçdiyi yaradıcılıq yolu tədqiqat obyektinə çevrilmişdir. Burada kinomuzun təşəkkülü və inkişafı, sənətkarlarımızın yaradıcılıq axtarışları barədə müfəssəl söhbət açılıb.
-
Kitab Azərbaycanın böyük şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr edilmişdir. Buna müvafiq olaraq xalqımızın musiqi xəzinəsindən olan yeddi muğam – Rast, Bayatı-Şiraz, Çahargah, Mahur-Hindi, Şüştər, Segah və Şur burada etüd şəklində verilmişdir. Etüdlətin texniki quruluşunda isə Qərb bəstəkarlarının – Masaz, Albrext, Kayzer, Volfart və s. əsərlərindən istifadə edilmişdir.
-
Azərbaycan teatr tarixi milli teatrşünaslıq elmimizdə ilk dəfə bu əsərdə monumental və fundamental şəkildə araşdırılıb. Müəllif kökü eramızdan əvvəllərə gedib çıxan xalq oyun-tamaşalarından tutmuş çağdaş teatr prosesinə qədər böyük bir dövrü əhatə edib. Kitabda həmçinin Tiflis, İrəvan, Aşqabad və Təbriz şəhərlərində fəaliyyət göstərmiş Azərbaycan teatrlarının tarixi də bölmə-bölmə araşdırılıb. Onlarla dramaturqun və teatr xadiminin yaradıcılıq portret-oçerkləri zəngin faktlarla işlənilib.
-
Görkəmli rus aktyoru və teatr nəzəriyyəçisi Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri” kitabı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən nəşr olunmuşdur. Kitaba müəllifin ABŞ-da keçirdiyi mühacirət illərində (1935-1954) yaradıcılıq studiyasında oxuduğu mühazirələri daxil edilib. Aktyorluq peşəsinin sirlərini, səhnə həyatının pərdəarxasını yüksək məharətlə açan mühazirələrdə bu çətin sənətin zirvəsinə aparan yollar, yüksək səhnə peşəkarlığının qazanılması metodları dərin təhlillər və araşdırmalarla izah edilir.
-
Dərs vəsaiti ali və orta ixtisas musiqi məktəblərində vokal sənəti (akademik vokal, populyar musiqi, caz-vokal ifaçılığı və xanəndə sənəti) ixtisası üzrə təhsil alan tələbələr və bu ixtisas üzrə çalışan vokalçı müəllimlər üçün nəzərdə tutulmuşdur. Dərs vəsaitinə daxil olan səs üçün məşğələlər vokal sənətinə yiyələnən tələbələrdə vokal texnikasının vərdişlərinə mükəmməl səviyyədə yiyələnmək məqsədi ilə tərtib olunmuşdur.
-
Dərs vəsaiti kamança ixtisasına yiyələnən tələbələr üçün nəzərdə tutulmuş mühüm nəşrdir. Kitabda tərtib edilən əsərlər tələbələrdə bədii ifaçılıq imkanlarının açılmasında böyük rol oynayacaqdır. Burada yer alan əsərlərdə kamançanın ifa texnikasına xas ştrixlər, lazımi nüanslar qeyd olunmuş, əsərlərin kamançaya müvafiq düzgün diapazonu seçilmişdir.
-
Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudovanın ərsəyə gətirdiyi kitabda E.Sabitoğlunun həyatı və yaradıcılığının əsas istiqamətləri, musiqili səhnə əsərləri, simfonik əsərlər, kinofilmlərə yazdığı musiqilər və mahnılar əks olunub.
-
Kitabda Azərbaycan milli rəqslərinin kökündən, rəqsin yaranması tarixindən, milli rəqslərimizin təsnifatindan, quruluş qanunlarından bəhs olunur və rəqs ilə tamaşa arasında paralellər aparılır. Milli rəqsimizin əlçatmaz zirvəsi Ə. Dilbazinin əvəzolunmaz ifaçılıq məharəti təhlil edilir və onun yaradıcılığından bir çoxlarına məlum olmayan maraqlı faktlar açıqlanır.
-
Kitabda əsas etibarı ilə Azərbaycan tarixində, mədəniyyətşünaslığında və ümumiyyətlə desək, ictimai siyasi həyatında qadının rolundan və müstəsna xidmətlərindən danışılmışdır. Tarixi inkişaf trayektoriyası üzrə mərhələ-mərhələ xronoloji ardıcıllıqla Azərbaycanlı qadınların keçdiyi həyat yolunun əsas nüanslarına toxunulmuş, bu və ya digər səbəbdən indiyə qədər işıqlandırılmayan bəzi məqamlara aydınlıq gətirilmişdir.
-
ARNK yanında Tərcümə Mərkəzinin nəşri – “Azərbaycan-ərəb dili danışıq kitabçası”nda yolda, məişətdə, görüş, ilkin tanışlıq zamanı istifadə olunan söz və ifadələr “Şəhərdə”, “Mehmanxanada”, “Sərhəddə”, “Vağzal”, “Restoranda”, “Bərbərxana”, “Kino, hobbi və istirahət”, “Park və zoopark”, “Çimərlik və dəniz gəzintisi”, “Alış-veriş və xidmətlər”, “Əlaqə vasitələri”, “Tibbi yardım”, “Təqvim”, “İdman”, “Polis”, “Valyutadəyişmə” kimi tematik bölümlər üzrə qruplaşdırılmaqla yanaşı, sonda hər mövzuya uyğun lüğət yer alıb.
Vəsaitin tərtibçisi Şahin Ələsgərov, redaktorları Yaşar Əliyev və Əhməd Sami Elaydidir.
-
Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi istedadlı ədəbi gəncliyin yaradıcılığını işıqlandıran "Yeni söz" ədəbiyyat almanaxına 90-cı illərinin sonlarından bugünümüzədək ədəbi fəaliyyəti ilə seçilən gənc istedadlı ədiblərin əsərləri - şeir və hekayələri yer alıb.
Nəşrin məqsədi, Azərbaycanın yeni ədəbiyyatının mənzərəsini təqdim etmək, gənc, istedadlı ədibləri ölkədə tanıtmaqdır.
Toplunun ön sözünün müəllifi - tanınmış tənqidçi Əsəd Cahangirdir.
-
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – XX əsr rus ədəbiyyatının görkəmli nümayəndəsi Yuri Trifonovun “Seçilmiş əsərləri” kitabına yazıçının “Qoca” romanı, “Göbələkli payız”, “Göyərçin ölümü”, “Vera və Zoyka”, “Toranlıqda oyun” kimi, məşhur hekayələri daxil edilib.
Yazıçının müxtəlif illərdə qələmə aldığı “Tələbələr” povesti, “Çay kənarında ev”, “Tonqal şöləsi”, “Səbirsizlik”, “Başqa həyat”, “Qoca” romanları hələ 50-ci illərdə müəllifinə geniş oxucu sevgisi qazandırıb.
1951-ci ildə “Tələbələr” povestinə görə Yuri Trifonov Dövlət Mükafatına layiq görülüb.
Qeyd edək ki, kitab Yuri Trifonovun Azərbaycanda nəşr olunan ilk əsərlər toplusudur. Əsərləri dilimizə Zahid Sarıtorpaq çevirib.
-
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – dünya şöhrətli yazıçı Stiven Kinqin “Seçilmiş əsərləri” roman və hekayələrdən ibarətdir.
Kitab müəllifin zəngin yaradıcılığının ayrı-ayrı mərhələləri haqqında kifayət qədər dolğun təsəvvür yaradır. Yazıçının kitabları indiyədək 350 milyondan artıq tirajla satılıb.
Əsərləri dilimizə Etimad Başkeçid tərcümə edib.
-
ARNK yanında Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış rus nasiri, Aleksandr Qrin, M.A.Şoloxov, V.Katayev mükafatları laueratı, Rusiya ədəbiyyatı Akademiyasının akademiki Georgi Pryaxinin “Xəzər yuxuları” kitabı işıq üzü görüb.
Əfsanəvi Xəzər xaqanlığı və müasir Rusiya arasında maraqlı paralellərin aparıldığı “Xəzər yuxuları” romanının əsasını sosial, ictimai, tarixi hadisələr fonunda cərəyan edən hadisələr – mürəkkəb sosial ziddiyyətlər, insan taleyinin obyektiv faktorlardan asılılığı, məhrumiyyətlər və azadlıq hissi, mübarizə əzmi, qəlbin və ruhun reallıqla üst-üstə düşməyən istəkləri və insan iradəsinin təntənəsi təşkil edir. Romanı dilimizə Etimad Başkeçid çevirib.
-
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – çağdaş Ukrayna şeiri “Kişi, qadın və çətir” kitabına XX və XXI əsr Ukrayna ədəbiyyatının müxtəlif nəsillərini təmsil edən otuz şairin poeziyasından seçmə nümunələr daxildir.
Müasir Ukrayna poeziyasının ümumi mənzərəsini təqdim edən şeirlər toplusu dərin poetik yaşantılar – zamanın axarı, sözün sehri və bədii mətnin enerjisi ilə sanki bir bütövlük, vəhdət təşkil edir.
Şeirləri dilimizə tanınmış Azərbaycan şairləri Salam Sarvan, Mahir Qarayev və Zahid Sarıtopraq çevirib.
Kitabın redaktoru Yaşar Əliyev, ön sözün müəllifi Salam Sarvandır.
-
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” XIX-XXI əsr Türkiyə ədəbiyyatının mənzərəsini ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim edən kitabdır. Buraya əllidən çox tanınmış Türkiyə ədibinin əsərləri yer alır.
Antologiyanı dilimizə tərcüməçilər - Qəmər Alxanova, Kəmalə Ələkbərova və Sənan Nağı çeviriblər. Ön sözün müəllifi Etimad Başkeçid, redaktorlar – Yaşar Əliyev və Salam Sarvandır.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşri – XX əsr Almaniya ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Haynrix Böllün “İki roman” kitabına müəllifin “Bir təlxəyin düşüncələri” və “…Və bircə kəlmə də demədi” romanları daxil edilib.
Kitabın redaktoru Mahir N. Qarayev, ön sözün müəllifi filologiya elmləri doktoru Rüstəm Kamaldır.
Əsərləri alman dilindən tanınmış tərcüməçi Vilayət Hacıyev çevirib.
-
-
-
-
-
-
-
-
-
-
-
-
Abdulla Şaiq: biblioqrafiya/ AR Mədəniyyət və Turizm Naz.-i, F.Köçərli adına Respublika Uşaq Kitabxanası .- B.,- 2016.- 447 s.
-
Алиев Э. Архитектурный дизайн: парадигма и форма.-Б.,- 2012.- 152 c.
В книге содержено «Основные постулаты Парадигма Постмодерна», «Типология визуалных Форм», «Вопросы теории и авторские Концепции» и др. темы.
-
Səfərova Z. Türk dünyasını müzik yıldızı Üzeyir Hacıbəyli.- B.,- 2016.- 280 s.
Kitabda “XX yüzilliyin əvvəllərində Azərbaycan musiqisi”, “Xalqçılıq və Realizm”, “Üzeyir Hacıbəyli həyat və yaradıcılığı”, “Üzeyir Hacıbəylinin elmi yaradıcılığındakı nəzəri problemlər”, “Azərbaycan xalq musiqisinin əsasları”, “İnstrumental xor əsərləri” adlı bölmələr öz əksini tapır.
-
Quliyeva G. Azərbaycan kinosunda təsvir və musiqinin qarşılıqlı əlaqələri.- B.,- 2014.- 141 s.
Kitabda milli-bədii kino sənəti musiqili-komediya, tarixi-qəhrəmanlıq, lirik-psixoloji mövzuda ekranlaşdırılmış filmlərdə təsvir və musiqi sıralarının qarşılıqlı əlaqələri öyrənilmiş, onların bədii-estetik xüsusiyyətləri üzə çıxarılmışdır.
-
Qazızadə İ. Azərbaycan işçi teatrı (1921-1932).- B.,- 2012.-159 s.
Kitabda Azərbaycan İşçi Teatrının tarixi arxiv materialları, dövrü mətbuat əsasında müasir teatrşünaslıq elmi nöqteyi-nəzərindən araşdırılmış və teatrın 11 illik yaradıcılıq mərhələsinin zəngin faktoqrafik materiallara söykənən müfəssil tarixi yaradılmışdır.
-
Qafarlı V. Azərbaycan teatrının janr poetikası.- B.,- 2012.-159 s.
Kitabda Azərbaycan teatrının genezisinindən başlamış XX əsrin əvvəllərinədək-təşəkkül dövrü başa çatanadək olan zaman ərzində janr xüsusiyyətləri ilk dəfə olaraq sistemli şəkildə araşdırılmış, onun təzahür formalarının dinamikası xronoloji qaydada izlənilmişdir.
-
Həsənzadə N. Seçilmiş əsərləri., Pyeslər. 7 cilddə. Cild 3.-B.,- 2011.- 354 s.
N. Həsənzadənin “Seçilmiş əsərləri”nin yeddi-cildliyinin 3-cü cildinə “Atabəylər”, “Prometeyin Qafqaz yürüşü”, “Midiya sarayı” mənzum pyesləri daxil edilmişdir.
-
Həsənzadə N. Seçilmiş əsərləri. 7 cilddə. Cild 5: Kulturologiya (dünya mədəniyyəti tarixi); Elmi, ədəbi-tənqidi əsərlər. - B.,- 2011.- 606 s.
“Prometey”in kitabxanası seriyasından Xalq şairi Nəriman Həsənzadənin yeddicildliyinin beşinci cildinə müxtəlif illərdə dərc olunan elmi, ədəbi-tənqidi əsərləri daxil edilmişdir.
-
Həsənzadə N. Seçilmiş əsərləri. 7 cilddə. Cild 4: Nabat xalanın çörəyi. - B.,- 2010.- 260 s.
“Nabat xalanın çörəyi” şairin ilk irihəcmli avtobioqrafik nəsr əsəridir. Hadisələr müharibə dövrü və ondan sonrakı Azərbaycan mühitində, Ağstafa çayının Kür çayına töküldüyü yerdə, Poylu deyilən balaca bir fəhlə qəsəbəsində təsvir olunur. Kitaba şairin başqa hekayə və hekayətləri də daxil edilmişdir.
-
Həsənzadə N. İllər, pillələr, talelər.- B., 2011.- 198 s.
Görkəmli Xalq şairi Nəriman Həsənzadə bu kitabını böyük yazıçı mütəfəkkir Mir
Cəlal Paşayevə, onun ailəsi ilə olan ən səmimi münasibətlərinə həsr etmişdir.
-
Bağırova A. Ədəbi-dram verilişlərinin estetik problemləri.- B., 2015.- 52 s.
Monoqrafiya ədəbi dram verlişinin estetik problemlərinə, xalq tamaşalarının milli-kulturoloji zəmində tədqiq olunmasına həsr olunub.
-
Azərbaycan və dünya incəsənətində soyqırım mövzusu/ AMEA Memarlıq və İncəsənət İns.-tu.- B., 2015.- 148 s.
Kitab-albomda ilk dəfə olaraq vizual incəsənətdə soyqırım mövzusuna aid materiallar toplanıb ümumləşdirilmişdir.
Burada, Azərbaycan , İsrail, Yaponiya, Polşa, Ukrayna, Rusiya, Qazaxıstan, Qırğızıstan və başqa ölkələrin rəssamlarının rəngkarlıq, heykəltaraşlıq, qrafika və xatirə memarlığı əsərləri təqdim edilmişdir.