ADMİU Kitabxana-İnformasiya Mərkəzinin fonduna teatrşünaslığa dair yeni “Teatr və proto-teatr” adlı elmi nəşr daxil olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Adil Əsədovun müəllifi olduğu kitabda teatrın mahiyyəti və təşəkkül xüsusiyyətləri ilə bağlı irəli sürülən yeni konsepsiyası oxucuların müzakirəsinə təqdim edilir. Teatrın yeni fəlsəfi məzmununu daşıyan bu konsepsiyanın əsas terminləri olaraq proto-teatr, proto-dramaturq, proto-aktyor, proto-tamaşaçı, post-tamaşaçı və post-teatr terminləri irəli sürülüb. Monoqrafiya teatrşünaslar, fəlsəfə elmləri üzrə mütəxəssislər, sənətşünaslar, eləcə də ali məktəb tələbələri üçün nəzərdə tutulub.
Kitabın “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri fəlsəfə elmləri doktoru, professor Rahid Ulusel, AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, ADMİU-nun Teatrşünaslıq kafedrasının dosenti Vidadi Qafarov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Estetika şöbəsinin aparıcı elmi işçisi Təhminə Ağakişiyevadır. Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının qərarı ilə çap olunmuş əsər ADMİU-nun oxucularının istifadəsinə verilib.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.