ADMİU-nun tələbəsinin böyük uğuru

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq ixtisası üzrə magistr tələbəsi Baxşəliyeva Sevinc İspaniyada keçirilən “World art games” müsabiqəsinə onlayn şəkildə qatılaraq 1-ci yerə layiq görülüb.

Əməkdar müəllim, ADMİU-nun dosenti Rəşad Kazımovun tələbəsi olan S.Baxşəliyeva qazandığı yüksək nəticə münasibəti ilə İspaniyanın Lyort-de-mar şəhərində baş tutan müsabiqəyə dəvət olunub və müsabiqə çərçivəsində keçirilən bütün ustad dərsləri və proqramlarda ödənişsiz iştirak şansı qazanıb.