Sonra isə universitetin qəbul komissiyasına aşağıda göstərilən sənədləri təqdim etməlidir:

  1. Şəxsiyyət vəsiqəsinin əsli və 6 ədəd surəti;
  2. 3×4 fotoşəkil – 6 ədəd;
  3. 3×4 ölçülü fotoşəkilin elektron variantını admiu.qebul@mail.ru elektron ünvana göndərmək;
  4. Sağlamlıq haqqında arayış;
  5. Attestatın və ya diplomun əsli;
  6. Hərbi bilet və ya çağırış vərəqinin surəti – 2 ədəd;
  • Abituriyentin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş köçkün vəsiqəsinin əsli və notarial qaydada təsdiq olmuş surəti;
  • Şəhid ailəsinin üzvü olan abituriyentlər şəhid ailəsi vəsiqəsinin əsli və notarial qaydada təsdiq olunmuş surəti; Mərhum valideyninin ölüm haqqında şəhadətnaməsinin əsli və notarial qaydada təsdiq olmuş surəti;
  • Əlil olmuş vətəndaşın övladları abituriyentin doğum haqqında şəhadətnaməsinin əsli və surəti, notarial qaydada təsdiq olunmuş arayış (yalnız Az. Resp. ərazi bütövliyinin müstəqilliyinin və Konstitusiya qurluşunun müdafiəsi zamanı əlil olmuş);
  • 23 yaşınadək hər 2 valideynini itirmiş və yaxud 1 valideyni vəfat etmiş abituriyentlər valideynin ölüm haqqında şəhadətnaməsinin əsli və notarial qaydada təsdiq olmuş surəti; Valideynin əlillik haqqında arayışının notarial qaydada surəti; Nikah haqqında şəhadətnamənin əsli və notarial qaydada təsdiq olmuş surəti.

Sənəd qəbulu

I-V günlər saat 10:00-dan 17:00-dək ADMİU-da keçiriləcək. Nahar fasiləsi: 13:00 - 14:00

Ünvan

Universitetin əsas binasının kitabxanası

Telefon