Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi-Metodiki Şurası haqqında

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi-Metodiki Şurası universitetin Elmi Şurasının qərarı ilə yaradılmış kollegial məsləhətçi orqandır. Tədris prosesinin elmi-metodiki təminatını təkmilləşdirmək, təhsilin keyfiyyətini yüksəltmək və tədrisi müasir tələblərə uyğun təşkil etmək məqsədi daşıyan Şura Azərbaycan Respublikasının təhsil, elm və müəllif hüquqları sahəsində qüvvədə olan qanunvericiliyi, universitetin Nizamnaməsi və digər normativ sənədlər əsasında fəaliyyət göstərir.

Şuranın tərkibi, sədr müavini və elmi katibi ADMİU Elmi Şurası tərəfindən seçilir və rektor tərəfindən təsdiq olunur. Şuraya universitetin tədris işləri üzrə prorektoru rəhbərlik edir, Şuranın fəaliyyət müddəti 3 il təşkil edir. Elmi-Metodiki Şuranın 21 nəfərdən ibarət hazırkı tərkibi aşağıdakı kimidir:

  1. Rüstəmova Nigar Rafiq qızı – Sədr;
  2. Əliyeva Sədaqət Ağa Səfər qızı – Sədr müavini;
  3. Fərəcova Məlahət Novruz qızı – üzv;
  4. Əhmədova Tamilla Hikmət qızı – üzv;
  5. Əliyev Şirinbəy Hacıəli oğlu – üzv;
  6. Qafarov Namiq Saleh oğlu – üzv;
  7. Talıbzadə Aydın Ağa Yunus oğlu – üzv;
  8. Hüseynova Ellada Əlihüseyn qızı – üzv;
  9. Hüseynov İlqar Həsrət oğlu – üzv;
  10. Eyvazova Yeganə Məhəmməd qızı – üzv;
  11. Xəlilov Aslan Əkbər oğlu – üzv;
  12. Əlizadə Elmira Eldar qızı – üzv;
  13. Əmirov Əli Məmməd oğlu – üzv;
  14. Əbdülova Aygün Hüseynağa qızı – üzv;
  15. Rzayeva Gülnaz Vahid qızı – üzv;
  16. Mehdiyev Elnur Cahangir oğlu – üzv;
  17. Quliyev Yusif Rumen oğlu – üzv;
  18. Mahmudova Göyçək Fuad qızı – üzv;
  19. Məmmədova Gülnarə Oqtay qızı – üzv;
  20. Şəfiyeva Əfşan Heydər qızı – üzv;
  21. Mürsəlov Natiq Rəşid oğlu – Elmi katib.

 

Şuranın əsas məqsədi universitetdə elmi-metodiki fəaliyyəti əlaqələndirmək və inkişaf etdirməkdir. Bu məqsədlə Şura tədris prosesinin metodiki təminatını təkmilləşdirir, təhsil proqramlarını və tədris planlarını müzakirə edir, dərslik, dərs vəsaiti, metodik vəsait, fənn proqramı və digər tədris-metodiki materialların əlyazmalarını ekspertizadan keçirərək nəşrə tövsiyə edir. Professor-müəllim heyətinin pedaqoji və metodiki fəaliyyətinin dəstəklənməsi, magistrlik dissertasiyası mövzularının müzakirəsi və elmi-metodiki baxımdan qiymətləndirilməsi də Şuranın səlahiyyətlərinə daxildir.

Şura illik fəaliyyət planı əsasında işləyir, fakültə metodiki qruplarının fəaliyyətini əlaqələndirir və onlara metodiki rəhbərlik göstərir. Bundan əlavə, tədris prosesində innovativ təlim texnologiyalarının tətbiqini təşviq etmək məqsədilə seminar və təlimlər təşkil edir, tədris fənlərinin metodiki təminatını qiymətləndirir, tədrisin keyfiyyətinin yüksəldilməsinə dair təkliflər hazırlayır və tədris-metodiki materiallarda antiplagiat tələblərinə əməl olunmasına nəzarət edir. Kollegiallıq, şəffaflıq, akademik etika və keyfiyyət təminatı prinsiplərinə əsaslanan Şuranın qərarları universitetdə təhsilin keyfiyyət təminatı sisteminin inkişafına və akademik standartların yüksəldilməsinə xidmət edir.