Sabahın
Konsert prodüserini Tədbir təşkilatçısını Bədii rəhbərini

inkişaf etdirək!

Azərbaycanda ilk dəfə mədəniyyət sahəsi üzrə MBA proqramı ADMİU-da...

  • 24 ay, 4 semest, 120 kredit
  • Azərbaycan, İngilis, Rus
  • 24 ay, 4 semest, 120 kredit
  • Azərbaycan, İngilis, Rus

Biznesin təşkili
və idarə edilməsi (mədəniyyət sahələri üzrə)

Mədəniyyət və İncəsənət yönümlü tədbirlərin, proqramların təşkilində iştirak etmək, bu sahə üzrə prodüser və menecer vəzifələrində çalışmaq istəyənlərin nəzərinə:

Azərbaycanda ilk dəfə olaraq mədəniyyət və incəsənət sahəsində biznesin təşkili və idarə edilməsi işində bilik və təcrübələr əldə etməyə imkan verən MBA proqramı Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təşkil edilir.

Tələblər

İstənilən ixtisas üzrə bakalavr dərəcəsinə malik namizədlər DİM tərəfindən təşkil olunan magistratura səviyyəsinə qəbul imtahanı verməklə DİM tərəfindən təyin olunmuş müvafiq balı toplamalıdırlar.

Təhsil haqqı

Azərbaycan vətəndaşları üçün (AZN): 3000
Əcnəbi vətəndaşlar üçün (USD): 2500

Proqram kimlər üçündür?

MBA proqramı sizə yeni bir ixtisas sahibi olmağa şərait yaradır. Əgər siz mədəniyyət və incəsənət sahəsində idarəetmə bacarıqlarını öyrənmək və karyeranızda irəliləmək istəyirsinizsə, onda siz MBA proqramı üzrə təhsil almalısınız.

Proqramın məqsədi:

  1. Praktiki təcrübəni zənginləşdirmək
  2. Tələbələrin strateji düşüncəsini, idarəetmə, yenilikçilik və liderlik bacarıqlarını inkişaf etdirmək
  3. Əldə edilmiş bilik və bacarıqları tətbiq etməyi öyrətmək
  4. Komandada işləmək üstünlüyü qazanandırmaq
  5. Müxtəlif fəaliyyət sahələrində biznesin idarə edilməsi texnologiyalarından uğurlu istifadəni təmin etmək
  6. Innovativ biliklərlə təmin etmək

ADMİU MBA proqramı ilə:

  1. İnnovativliyə gedən yol kreativ düşüncədən keçir
  2. Mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən müəssisələri idarə etmək üçün sahibkarlıq bacarıqları və perspektivlərini inkişaf etdirin
  3. Dürüstlüyə əsaslanan, şəffaflıq əsasında qurulan peşəkar dəyərləri inkişaf etdirin
  4. Gələcəyə inamlı addımlarla irəliləmək üçün ruhlandırıcı mühitdə təhsil alın
  5. Mədəniyyət və incəsənət sahəsində müasir və peşəkar idarəetməyə sahib olun

Qazanılacaq bilik və bacarıqlar

  1. Rəhbərlik
  2. Strateji idarəetmə
  3. Layihənin təşkili və idarə edilməsi
  4. Marketinq
  5. Yazılı və şifahi ünsiyyət bacarıqları
  6. Zamanın idarə edilməsi, qərar qəbulu
  7. Güclü tədqiqat bacarıqları
  8. Təşkilat və planlaşdırma

Məzun olduqda

ADMİU-da MBA-nin məzunu olaraq aşağıdakı sahələrdə işləyə və karyeranızı davam etdirə bilərsiniz:

Mədəniyyət və incəsənət sahələri üzrə:

  1. Ekspert
  2. Sərgilərin təşkilatçısı
  3. Prodüser
  4. Şirkət meneceri
  5. İctimaiyyətlə əlaqələr direktoru
  6. Layihələrin təşkilatçısı
  7. Festivalların təşkilatçısı
  8. Tədbirlərin təşkilatçısı
  9. Konsertlərin təşkilatçısı
  10. Proqram və Layihə direktoru
  11. İdarəetmə analitiki
  12. Biznes analitiki
  13. Maliyyə meneceri
  14. Biznesin inkişafı üzrə koordinator
  15. Beynəlxalq brend meneceri
  16. Müşavir
  17. Layihələr üzrə mütəxəssis

Niyə ADMİU MBA?

MBA proqramı təcrübəyönümlü biliklərə üstünlük verən, biznes və idarəetmə sahəsində zamanın tələblərinə uyğun yüksək səviyyədə səriştələr aşılayan proqramdır

01

İdarəetmə bacarıqları

MBA proqramında təhsilalanlar mədəniyyət sahəsində biznes təşkiletmək və idarəetmək bacarıqlarına yiyələnəcək.

02

Peşəkar karyera

ADMİU MBA proqramı vasitəsilə sizə peşəkarlıq vəd edir, mədəniyyət və incəsənət sahələri üzrə əmək bazarında ehtiyac duyulan innovativ və yaradıcı mütəxəssislər hazırlayır.

03

Sahibkarlıq fəaliyyəti

Mədəniyyət sahəsində Biznesin təşkili və idarə edilməsi ixtisası sahibkarlıq fəaliyyəti ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub.

04

Beynəlxalq təcrübə

Proqram ADMİU müəllimləri ilə yanaşı, yerli və xarici ali təhsil müəssisələrindən dəvət edilmiş peşəkar professor-müəllim heyətindən, biznes aləmində nüfuz qazanmış şəxslərdən dərs almaq şansı yaradır.

Bizimlə əlaqə

ADMİU MBA proqramı ilə bağlı sizi maraqlandıran istənilən sualınız üçün biz müraciət edə bilərsiniz. Sizə köməklik göstərməyə şad olarıq.