İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsinin Müdiri
Sitarə Azər qızı Abdullayeva 1982-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1999-cu ildə Bakı İqtisad Kollecində “Mühasibat uçotu və audit” ixtisasında təhsil alıb. 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetində “Prodüser, menecer” ixtisasına daxil olub. 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində distant olaraq “Maliyyə və kredit” ixtisasına qəbul olub.
Əmək fəaliyyəti
2000-ci ildən gənc mütəxəssis kimi Vergilər Nazirliyinin Binəqədi rayon Vergilər Şöbəsində, Bəyannamələrin qəbulu şöbəsində işləyib. 2003-cü ildə Azərbaycan Respublikası Hesablama Palatasında Auditor köməkçisi vəzifəsində işləyib. Çalışdığı müddətdə xidmətlərinə görə “3-cü dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi alıb.
2010-cu ildə Heydər Əliyev Fondu nəzdində olan Müasir İncəsənət Muzeyində “PR Direktor” vəzifəsində işləyib. Muzeyin qurulması və açılışında xidmətlər göstərmişdir.
2013-cü ildə OMG International, “City Catering” şirkətində Marketinq Departamentinin meneceri vəzifəsində işləyib.
2023-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rektorun Marketinq üzrə müşaviri vəzifəsində çalışır.
2024 may ayından İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsinin Müdiri vəzifəsində çalışır.
İştirak etdiyi kurs, seminar və konfranslar
2014-cü ildən 2020-ci ilədək ildə bir dəfə olmaqla “Marketing Kingdom” adlı seminarda iştirak edib.
Davamlı olaraq 2010-cu ildən bu yana “Альтшуллер, Бизнес и клиентоориентированность”, “FEDEROV, Brandfather”, “Митрошина, Инсталогия”, “Digital Marketing” və s. kimi kurs və seminarlarda müvəffəqiyyətlə iştirak etmişdir.
Müxtəlif layihələrin icrasında xidmətlər göstərmişdir. Onlardan “mim.az”, “vivadessert.az”, “cafecity.az” kimi saytları qeyd etmək olar. Marketinq sahəsi üzrə bir çox təltif və sertifikatlar alıb.
2023-cü il 21-iyulda Özbəkistan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun təşkilatçılığı ilə keçirilən “Mədəniyyət və incəsənətin beynəlxalq idarə edilməsi; problemlər və həll yolları” adlı beynəlxalq elmi-konfransda “Маркетинг культуры и искусства” adlı məqaləsi ilə iştirak edib.
Ailəlidir. Bir övladı var.